Fətəlibəyli və Beriya haqqında yeni materiallar - Müəmmalı tariximizlə bağlı iki kitab
Yusif Nəzərli
13:35 31.03.2022
Tarix
1909
“Çapar” tarix dərgisinin baş redaktoru, İstanbul Universitetinin doktorantı Dilqəm Əhmədin iki yeni kitabı işıq üzü görüb. “Çapar” nəşrlərində “Müəmmalı tarix” seriyası ilə çap olunan kitablarda tariximizin iki maraqlı dövrü haqqında yeni materiallar təqdim olunub.
“Sherg.az” xəbər verir ki, “Sənin Abo. Əbdürrəhman Fətəlibəyli Düdənginskinin məktubları” adlı kitabda II Dünya müharibəsindən sonra Avropa düşərgələrində qaçqın vəziyyətində yaşayan azərbaycanlıların taleyi araşdırılıb, onlar haqqında məlumat verilib.
Kitabda Azərbaycan İrtibat Heyətinin rəhbəri Ə.Fətəlibəylinin qaçqınların Türkiyəyə yerləşdirilməsi uğrunda apardığı mücadilə geniş şəkildə əks olunub. Bu fəaliyyəti ilə bağlı Fətəlibəylinin 15 məktubu ilk dəfə olaraq kitabda yer alıb. Eləcə də Ə.Fətəlibəylinin həyat yoldaşı Leyla Qaziyevanın məktub və müsahibəsi də kitabda öz əksini tapıb. Əsərdə həmçinin Avropa düşərgələrində yaşayan qaçqın azərbaycanlıların 15-ə yaxın məktub təqdim olunub.
Müəllif kitabı yazmaq üçün Türkiyənin tanınmış jurnalisti, Azərbaycan Cümhuriyyəti Maliyyə naziri Əbdüləli bəy Əmircanovun kürəkəni Ziyad Əbüzziyanın İstanbulda İSAM kitabxanasında qorunan arxivində çalışıb, eləcə də 1948-1950-ci illərdə çıxan Türkiyə mətbuatında tədqiqat aparıb.
Tarixçi, jurnalist Ruslan Rəhimovla birgə qələmə alınan “Beriya müəmması” kitabında isə SSRİ-nin ikinci şəxsi olan Lavrenti Beriyanın Azərbaycan Cümhuriyyəti dövründə Əksinqilabla Mübarizə Təşkilatında işlədiyi dövrə nəzər yetirilib. Beriyanın öldürülməsindən sonra Türkiyənin “Vatan” qəzetinin müxbiri Sadun Tanjunun qələmə aldığı “Beriya müamması” yazı seriyası ilk dəfə olaraq kitaba əlavə olunub. “İngilis agenti”, “Müsavat agenti” ittihamları ilə də suçlanan Beriya haqqında türk jurnalistin o illərdə Türkiyədə yaşayan 5 azərbaycanlı ictimai-siyasi xadimdən (Məhəmmədəmin Rəsulzadə, Nağı bəy Şeyxzamanlı, Mirzəbala Məhəmmədzadə, Məhəmmədsadıq Aran, Mustafa Vəkiloğlu) Beriyanın qətli ilə bağlı alınan müsahibələr tarixşünaslığımız üçün yenilikdir.
Kitaba Mirzəbala Məhəmmədzadənin Beriya haqqında yazdığı iki məqalə də əlavə edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə
Fransada etirazlar zamanı 855 nəfər saxlanılıb
11:45 18.10.2026
Dünya
Litvada PUA səbəbindən hava həyəcanı elan edildi
11:39 18.10.2026
Dünya
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
11:34 18.10.2026
İnfrastruktur
İsraillə müharibə olarsa, NATO Türkiyəni tək qoyacaq
11:31 18.10.2026
Dünya