Gəncədə Qafqaz İslam Ordusuna ucaldılacaq abidə möhtəşəm olmalıdır
Yusif Nəzərli
07:10 14.05.2022
Tarix
1059
Nəsiman Yaqublu: "Şəhid əsgərlərinin siyahısı məndə var. Əgər müraciət olunarsa, siyahını müvafiq qurumlara verərəm"
Gəncə şəhərində Şah Abbas Məscidinin yaxınlığında Qafqaz İslam Ordusuna abidə ucaldılacaq. Xatirə abidəsinin təməlqoyma mərasimi keçirilib. Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin şəhərdəki baş konsulu Zeki Öztürk, Ege Universitetinin rektoru, professor Necdet Budak, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev və ictimaiyyət nümayəndələri iştirak ediblər. Abidənin açılış mərasimi isə 11 iyun tarixində, Qafqaz İslam Ordusunun Gəncədə verdiyi ilk şəhidlərin anım günündə olacaq. İcra başçısı bildirib ki, tarixən Türkiyə və Azərbaycan xalqları daim bir-birinin yanında olublar. Ən ağır dövrlərdə belə qardaş dəstəyini əskik etməyiblər:
“Qafqaz İslam Ordusunun Gəncə şəhəri üçün gözlərini qırpmadan canlarını fəda edən əsgərlərinin əziz xatirəsinə ucaldılan abidə də məhz bu dostluq və qardaşlıq əlaqələrinin bariz nümunəsidir”.
Baş konsul Zeki Öztürk də çıxış edərək bildirib ki, Azərbaycan-Türkiyə əlaqələri günü-gündən güclənir, möhkəmlənir və daha da dərinləşir.
Bu münasibətlərin əsasında tarixi bağ dayanır. O qeyd edib ki, Qafqaz İslam Ordusunun Azərbaycanın o ağır vaxtında ləng hərəkəti neçə-neçə kəndin itirilməsi, 100 minlərlə insanın öz ev-eşiyindən didərgin düşməsi demək idi. Məhz buna görə, Nuru Paşanın ilk amalı Gəncə ətrafında mövcud olan təhlükəni aradan qaldırmaq, buradakı erməniləri tərksilah etmək və azərbaycanlı əhalinin təhlükəsizliyini təmin etməkdən ibarət idi: “11 iyul 1918-ci ildə Qafqaz İslam Ordusunun 13 mehmetçiyi Gəncənin Şah Abbas məscidinin ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olublar”.
Məlumat üçün bildirək ki, Qafqaz İslam Ordusu 31 mart 1918-ci ildə Bakı şəhərində törədilən soyqırımdan sonra Azərbaycanın türk-müsəlman əhalisinə qarşı həyata keçirilən kütləvi qırğınların qarşısını almaq və Dağıstan müsəlmanlarına yardım etmək məqsədi ilə Osmanlı İmperiyası tərəfindən təşkil edilib. Nuru Paşanın rəhbərlik etdiyi ordu 12-14 min Osmanlı əsgərindən, Azərbaycan türklərindən və Dağıstan müsəlmanları ilə birlikdə 20 mindən artıq döyüşçüdən ibarət olub. Qafqaz İslam Ordusu 1918-ci ilin noyabr ayına qədər fəaliyyət göstərib.
Abidənin təməlqoyma mərasimi ilə bağlı “Şərq”ə danışan tarixçi-alim, professor Nəsiman Yaqublu xatırladıb ki, Qafqaz İslam Ordusu, komandan Nuru Paşaya abidə ucaldılması ilə bağlı Azərbaycan ziyalıları müxtəlif vaxtlarda hökumətə müraciətlər ediblər. Professorun sözlərinə görə, abidəsinin ucaldılması, Qafqaz İslam Ordusunun Azərbaycan uğrunda şəhid olmuş əsgərlərinin xatirəsinin əbədiləşdirilməsi çox vacibdir:
“1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ərazi bütövlüyünün təmin edilməsində, hüquqi əsaslara söykənən bir dövlətin qurulmasında Qafqaz İslam Ordusunun çox böyük rolu olub: “Qafqaz İslam Ordusunun adının əbədiləşdirilməsinə Gəncədən başlanması önəmli addımdır. Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu 1918-ci ilin may ayından Gəncədə idi.
Nuru Paşanın rəhbərlik etdiyi ordu məhz Gəncədən Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək uğrunda mübarizəyə başladı. Gəncə bu mənada əsaslı məkan sayılır və ilk abidənin məhz bu şəhərdə qoyulması mühüm hadisədir. Əslində, Nuru Paşaya Bakı şəhərində abidə qoyulub. Amma həmin abidə Türkiyə səfirliyinin ərazisindədir. Biz istəyirik ki, Bakının ən gözəl yerlərindən birində Nuru Paşaya, Qafqaz İslam Ordusuna abidə ucaldılsın. İstərdim ki, Gəncədə təməli qoyulan abidənin üzərində Qafqaz İslam Ordusunun ilk şəhidlərinin adları həkk edilsin.
Qafqaz İslam Ordusunun şəhid əsgərlərinin siyahısı mövcuddur. Həmin siyahı məndə var. Əgər müraciət olunarsa, istifadə etmək üçün siyahını müvafiq qurumlara verərəm. Gəncədəki abidə o möhtəşəm tarixi özündə əks etdirməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Kəpəz" "Turan Tovuz"u evdə məğlub edib
21:21 30.08.2026
Futbol
Politico: İslandiya Aİ-yə üzvlükdən balıqçılığa görə imtina edib
20:37 30.08.2026
Dünya
Leysan olacaq - XƏBƏRDARLIQ
19:37 30.08.2026
Ekologiya
Tramp Venesuela neftiylə ABŞ-ın Strateji Ehtiyatlarını bərpa edəcək
19:19 30.08.2026
Dünya
Maduro ABŞ-dəki həbsxanadan nəvələrinə və övladlarına foto göndərdi
19:00 30.08.2026
Dünya
Bu teleskop 2 milyard qalaktikanı müşahidə edəcək
18:42 30.08.2026
Dünya
Məsud Pezeşkian ŞƏT-in yubiley sammitində iştirak edəcək
17:50 30.08.2026
Aktual
Türkiyənin Qara dəniz sahillərində PUA tapıldı
17:33 30.08.2026
Son dəqiqə
Ancelina Coli Ukraynaya səfər etdi
16:25 30.08.2026
Şou
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
15:52 30.08.2026
Futbol
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
15:06 30.08.2026
Son dəqiqə
Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
14:52 30.08.2026
Gündəm
Heyvanlara qayğı kütləvi maniyaya çevrilirsə... -ŞƏRH
14:04 30.08.2026
Sosial
Makronun reytinqi 21 faizə düşüb
13:30 30.08.2026
Dünya
Politoloq: Hindistan Rusiyanın enerji xilasına çevrilir
13:21 30.08.2026
Aktual