"Heydər Əliyev epoxal siyasi xadim idi"
Yusif Nəzərli
12:50 07.05.2022
Tarix
712
"Ulu öndərin Azərbaycanda hakimiyyəti ayrıca bir era təşkil edir"
"Bu era müxtəlif ideoloji, siyasi və sosial qatlardan ibarətdir. Ancaq nəticə və məzmun etibarilə bütövdür"
"Biz Heydər Əliyev haqqında danışanda onu Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu, azərbaycançılıq ideologiyasının banisi, milli özünüdərk şüurunun formalaşdırıcısı, Ümummilli Lider, Ulu Öndər kimi çox qiymətli və məzmunlu sözlərlə yad edirik".
Bu barədə "Sherg.az"a açıqlamasında millət vəkili, YAP İdarə Heyətinin üzvü Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, bütün bunları deyərkən, eyni zamanda, hiss edirik ki, nəyisə yenə demək lazımdır:
"Lakin onu ifadə etmək üçün söz tapa bilmirik. Düşünürəm ki, Heydər Əliyevin böyüklüyü elə bundadır. Yəni, Azərbaycan dilinin leksik fondunda o böyüklüyü ifadə etmək üçün söz yoxdur. Bu isə Heydər-Xalq, Xalq-Heydər vəhdətinin elə özüdür. Heydər Əliyev epoxal siyasi xadim idi. Onun Azərbaycanda hakimiyyəti ayrıca bir era təşkil edir. Bu era müxtəlif ideoloji, siyasi və sosial qatlardan ibarətdir. Ancaq nəticə və məzmun etibarilə bütövdür. Onun Azərbaycanda hakimiyyəti bir-birinə tamamilə zidd olan siyasi-ideoloji sistemlərdə mövcud olsa da, fəaliyyətinin cazibə mərkəzi daim Azərbaycan dövlətçiliyi olub. Ancaq şübhəsiz ki, Heydər Əliyevin fəaliyyətini yalnız milli müstəvidə qiymətləndirmək doğru olmazdı. Onun adı və fəaliyyəti Azərbaycanın siyasi-inzibati və etnosiyasi coğrafiyası ilə məhdudlaşmır”.
Parlament üzvü bəyan edib ki, Heydər Əliyev istər sovet xalqları, istərsə də bütövlükdə türk xalqlarının tarixində mühüm rol oynamış bir siyasi xadimdir:
"Heydər Əliyevin tarixin müxtəlif mərhələlərində aldığı kritik qərarlar bu gün müasir Türk dünyası xalqlarının və daha geniş mənada Orta Asiyadan Avropaya qədər uzanan böyük siyasi coğrafiyada yerləşən çoxsaylı xalqların müasir sosial-iqtisadi, mədəni-humanitar inteqrasiyası və birliyi kontekstində mühüm əhəmiyyət kəsb edir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Heydər Əliyevin yaratdığı milli dövlətçilik ənənələri üzərində təntənə edən Azərbaycan müstəqil dövlətçilik tariximizin ən güclü Azərbaycanıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Kəpəz" "Turan Tovuz"u evdə məğlub edib
21:21 30.08.2026
Futbol
Politico: İslandiya Aİ-yə üzvlükdən balıqçılığa görə imtina edib
20:37 30.08.2026
Dünya
Leysan olacaq - XƏBƏRDARLIQ
19:37 30.08.2026
Ekologiya
Tramp Venesuela neftiylə ABŞ-ın Strateji Ehtiyatlarını bərpa edəcək
19:19 30.08.2026
Dünya
Maduro ABŞ-dəki həbsxanadan nəvələrinə və övladlarına foto göndərdi
19:00 30.08.2026
Dünya
Bu teleskop 2 milyard qalaktikanı müşahidə edəcək
18:42 30.08.2026
Dünya
Məsud Pezeşkian ŞƏT-in yubiley sammitində iştirak edəcək
17:50 30.08.2026
Aktual
Türkiyənin Qara dəniz sahillərində PUA tapıldı
17:33 30.08.2026
Son dəqiqə
Ancelina Coli Ukraynaya səfər etdi
16:25 30.08.2026
Şou
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
15:52 30.08.2026
Futbol
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
15:06 30.08.2026
Son dəqiqə
Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
14:52 30.08.2026
Gündəm
Heyvanlara qayğı kütləvi maniyaya çevrilirsə... -ŞƏRH
14:04 30.08.2026
Sosial
Makronun reytinqi 21 faizə düşüb
13:30 30.08.2026
Dünya
Politoloq: Hindistan Rusiyanın enerji xilasına çevrilir
13:21 30.08.2026
Aktual