“İrəli” İB Qanlı Yanvar faciəsi ilə bağlı silsilə tədbirlər keçirib - FOTO
“İrəli” İB Qanlı Yanvar faciəsi ilə bağlı silsilə tədbirlər keçirib - FOTO
Yusif Nəzərli
17:05 20.01.2023
Tarix
1273
“İrəli” İctimai Birliyi tərəfindən Qanlı Yanvar faciəsinin 33-cü ildönümü çərçivəsində silsilə tədbirlər keçirilib.
Birliyin mətbuat xidmətindən "Sherg.az"a bildirilib ki, “İrəli” İctimai Birliyinin nümayəndələri və üzvləri Şəhidlər xiyabanında ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin məzarlarını ziyarət ediblər.
Tədbirlər planına uyğun olaraq Azərbaycan Milli İncəsənət Muzeyində “Xalqımızın qürur və qəhrəmanlıq salnaməsi” adlı tədbir keçirilib. Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir zamanı çıxışçılar – “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı, Milli Məclisin deputatı Nigar Arpadarai, Azərbaycan Respublikasının Xalq artisti, görkəmli teatr və kino aktyoru Nurəddin Mehdixanlı və Əməkdar jurnalist, 20 yanvar şəhidlərinə həsr edilmiş “Şəhidlər” kitabının müəllifi Rafiq Səməndər 33 il öncə xalqımızın keçdiyi mübarizə yolundan söz açaraq, həmin dövrün dövlət müstəqilliyinə gedən yolun başlanğıcı olduğunu qeyd ediblər. Natiqlər Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsinin Ümummilli Lider Heydər Əliyevin sayəsində həllini tapdığını da diqqətə çatdırıblar. Eyni zamanda ümummilli məsələlərdə gənclərin aktivliyinin olduqca mühüm amil olduğunu qeyd edən çıxışçılar gəncləri bu kimi proseslərdə yaxından iştirak etməyə çağırıblar.
Qeyd olunub ki, bu qanlı hadisələrindən cəmi 30 il sonra – 2020-ci ildə Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış şanlı qələbə 20 Yanvar faciəsinin açdığı yaraya da məlhəm olub. Ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazıblar. 20 Yanvar xalqımız üçün təkcə hüzn günü kimi deyil, həm də milli qürur, milli iradəmizin zəfər çaldığı gün kimi tarixə düşüb. Bununla yanaşı, gənclərin bu hadisələri heç zaman unutmamalı və xalqımızın qəhrəmanlıq salnaməsini gələcək nəsillərə ötürməli olduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Tədbir gənclərin suallarının cavablandırılması ilə davam edib.
Silsilə tədbirlərin davamında təşkilat tərəfindən 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş sosial media kampaniyası keçirilib. Yüzlərlə gəncin iştirakı ilə keçirilən aksiyada iştirakçılar Qanlı Yanvar hadisələri ilə bağlı faktlar və statistik məlumatları xarici dillərdə sosial media istifadəçiləri ilə bölüşüblər.
Həmçinin “İrəli” İctimai Birliyi tərəfindən 33 il öncə Qanlı Yanvar hadisələrinin dünya ictimaiyyətinə çatdırılmasında fəallıq göstərmiş dünyanın aparıcı media qurumlarına müraciətlər ünvanlanıb.
Bildirilib ki, həyata keçirilən tədbirlər planının əsas məqsədi Azərbaycan xalqının mübarizə dolu, tarixi səhifəsinin gənclərə aşılanması, 20 Yanvar faciəsi haqqında gənc nəslin məlumatlılığının artırılması, habelə törədilmiş cinayətlərin beynəlxalq miqyasda sosial şəbəkə istifadəçilərinə çatdırılmasıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ancelina Coli Ukraynaya səfər etdi
16:25 30.08.2026
Şou
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
15:52 30.08.2026
Futbol
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
15:06 30.08.2026
Son dəqiqə
Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
14:52 30.08.2026
Gündəm
Heyvanlara qayğı kütləvi maniyaya çevrilirsə... -ŞƏRH
14:04 30.08.2026
Sosial
Makronun reytinqi 21 faizə düşüb
13:30 30.08.2026
Dünya
Politoloq: Hindistan Rusiyanın enerji xilasına çevrilir
13:21 30.08.2026
Aktual
Tramp Salmanın Yəmənlə bağlı xahişini rədd etdi
13:13 30.08.2026
Dünya
İsrail İrana xəbərdarlıq etdi...
12:56 30.08.2026
Gündəm
Sabah yağış yağacaq, leysan olacaq
12:40 30.08.2026
Ekologiya
Ərdoğan: Türkiyə qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyir
12:23 30.08.2026
Region
Böyük fəlakət: Trilyonlarla dollarlıq ziyan vurulacaq
12:05 30.08.2026
Maraqlı
Finlyandiya Prezidenti: Rusiyanın NATO-ya hücum edəcəyinə inanmıram
11:32 30.08.2026
Dünya
Qadınlarda ağciyər xərçəngi artır
10:57 30.08.2026
Sağlamlıq
İsrail ordusu Qəzzada HƏMAS-ın komandirini məhv edib
10:36 30.08.2026
Dünya
Səhərlər sizə yaxşı təsir edəcək 4 fəaliyyət
10:11 30.08.2026
Maraqlı