Kürəyinə qaynar samovar bağlanan aşıq
Yusif Nəzərli
17:59 22.03.2024
Tarix
1796
“Dədə Ələsgər də erməni vəhşiliyinin şahidi idi”
Novruz bayramını qeyd etdiyimiz bu günlərdə daha bir əlamətdar gün də var. Dünya Poeziya Günü UNESKO-nun qərarı ilə qeyd edilir. Və bu günlərdə Dədə Ələsgərin anadan olmasının 203-cü ildönümünün qeyd edilməsi də təsadüf yox, yalnız məntiqi zərurət sayılmalıdır. Aşıq Ələsgər – bütün türk dünyasının Dədə Ələsgər adıyla çağırdığı saz-söz ustadı, haqq aşığının yazda dünyaya gəlişi xalqımıza Haqqın dərgahından bir lütfdür.
Yazıçı-publisist, filologia elmləri doktoru Almaz Ülvi Binnətova “Sherg.az”a açıqlamasında qeyd etdi ki, Aşıq Ələsgərin milli söz xəzinəmizdən qaynaqlanan yaradıcılığı bütün dünyanı, bəşəriyyəti əhatə edən yüksəklikdədir. Dədə Ələsgərin yaradıcılığında klassik aşıq sənəti ilə təsəvvüf sənəti vəhdət təşkil edir: - Qarabağ torpaqlarını düşməndən azad edən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sözlərini unutmuram. Cənab Prezident dedi ki “indi bütün kommunikasiyalar açılandan sonra, əlbəttə, biz qayıdacağıq və Azərbaycan əhalisi öz dədə-baba torpaqlarına qayıdacaq. Üçtərəfli 10 noyabr Bəyanatında göstərilir: Bütün qaçqınlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Bizim doğma torpağımız Zəngəzurdur, bizim doğma torpağımız Göyçə mahalıdır, İrəvandır. Biz qayıdacağıq, əlbəttə...”. Mənim ürək sözlərim də budur: “Dədə Ələsgər, “heç demirsən Ələsgərim hardadı?” – deyə bizi çox qınayırdın. Bir sərkərdə harayında idik. Simurq quşu kimi Göyçənin xilas etməyə gəlir. Hələ ki, Dədə Ələsgər, sənin 200 illik yubileyini, dünyaya gəlişinin 203-cü ildönümünü qeyd edirik. Dədə-baba yurdumuza dönməyimiz üçün beynəlxalq səviyyədə işlər aparılır. Bizə Göyçəyə – Dədə Ələsgər yurduna dönmək sözü verib. Bundan uca söz, bundan uca sevinc ola bilməz”.
A.Binnətova ötən əsrin əvvəllərində Dədə Ələsgərin də Göyçə mahalının camaatı ilə birlikdə doğma yurddan necə didərgin düşdüyünü, nankor ermənilərin Göyçənin əzəli sakinləri olan azərbaycanlılara qarşı soyqırım törətdiyini, insanları işgəncə ilə, vəhşicəsinə qətlə yetirdiklərini xatırlatdı:
- Dədə Ələsgərin qardaşı oğlu Aşıq Nəcəfin kürəyinə ermənilər qaynar samovar bağlayıb vəhşicəsinə öldürmüşdülər. Dədə Ələsgər özü də yurdundan didərgin düşmüşdü, Kəlbəcərin Yanşaq kəndində yaşamışdı 2 il. Sonra yenidən Göyçəyə qayıdıb, orada da dünyadan köçdü. 1972-ci ildə ustad Aşıq Ələsgərin 150 illik yubileyi keçirilən zaman Göyçədə qəbirüstü abidəsinin qoyulması yaxşı yadımdadı. Onda biz məktəbli idik. Hərəmizə bir qərənfil vermişdilər ki, tədbirin sonunda şairin qəbrinin üstə qoyaq. Elə indi də o arzu ürəyimizdədir ki, yurda dönəydik, Göyçənin sevinən göz yaşlarını göpəydik, Dədə Ələsgər hüzurunda baş əyib torpağını gözlərimizə sıxaydıq və sinəsi üstə bir dəstə Göyçə gülü qoyaydıq. Bir ovuc da Göyçə gölündən su götürüb həsrətdən yanan torpağına, ciyərlərimizə səpəydik. Sənin haqq ruhun köməyimiz olsun, Dədəm Ələsgər.
A.Binnətova sonda arzusunu dilə gətirdi:
- Metrostansiyalardan birinə Aşıq Ələsgərin adının verilməsini istəyirəm.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə
Beyləqanda su kanalında çimən yeniyetmə boğulub
19:04 07.08.2026
Hadisə
Mirziyoyev və Tramp ikitərəfli münasibətləri müzakirə ediblər
18:47 07.08.2026
Dünya
Ruslar nə qədər uzaq olsa, o qədər yaxşıdır - Navrotski
17:51 07.08.2026
Dünya