
Qaradağdakı karvansara baxımsız vəziyyətdədir! – REAKSİYA: “Bağışlanılmaz səhvdir”
Yusif Nəzərli
14:28 26.05.2022
Tarix
752
“Belə abidələr yüz illər ərzində xalqın dünyagörüşünün formalaşmasına, onun keçmişlə əlaqəsinin saxlamasına təsir göstərir”
“Ona görə də onun qorunub saxlamılması olduqca zəruridir"
Hər bir xalqın tarixi abidələri dünya mədəni irsinin ayrılmaz hissəsidir.Bu səbəbdən də maddi mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyətli işdir. Tarixi abidələrin restavrasiyası barədə məlumatlarla rastlaşırıq. Lakin Qaradağ rayonunda yerləşən karvansara baxımsız vəziyyətdə qalıb.
Rayon ərazisində yerləşən karvansara Şirvanşahlar dövrünə aiddir. Eni 5, uzunluğu 15 metrdir. İçərisində bir otaq var. Eyni zamanda, divarlarda heyvanları bağlamaq üçün yerlər var. Karvansara divarlarının hiss olması orada uzun müddət qonaq olanların qalmasından xəbər verir. Hazırda tikili məhv olmaq üzrədir. “Global Photo Stock”un əməkdaşı karvansaranın son vəziyyətini kamerasının yaddaşına köçürüb.

Tarixçi-alim Boran Əzizli mədəni irsin qorunması ilə bağlı "Sherg.az"a danışıb:
"Adıçəkilən karvansaranın durumundan məlumatsızam. Amma tarixi abidələrin diqqətdən kənarda qalması, uçub dağılmasına göz yumulması bağışlanılmaz səhvdir. Belə abidələr yüz illər ərzində xalqın dünyagörüşünün formalaşmasına, onun keçmişlə əlaqəsinin saxlamasına təsir göstərir. Həmçinin tarixi abidələr üzərindəki yazılar, şəkillərlə xalqın həyata baxışını əks etdirir. Yazılı abidələrdə hansısa subyektivliyə yol verilsə də, karvansalar və kitabələr dəyişilməz qalır. Ona görə də onun qorunub saxlamılması olduqca zəruridir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Kəpəz" "Turan Tovuz"u evdə məğlub edib
21:21 30.08.2026
Futbol
Politico: İslandiya Aİ-yə üzvlükdən balıqçılığa görə imtina edib
20:37 30.08.2026
Dünya
Leysan olacaq - XƏBƏRDARLIQ
19:37 30.08.2026
Ekologiya
Tramp Venesuela neftiylə ABŞ-ın Strateji Ehtiyatlarını bərpa edəcək
19:19 30.08.2026
Dünya
Maduro ABŞ-dəki həbsxanadan nəvələrinə və övladlarına foto göndərdi
19:00 30.08.2026
Dünya
Bu teleskop 2 milyard qalaktikanı müşahidə edəcək
18:42 30.08.2026
Dünya
Məsud Pezeşkian ŞƏT-in yubiley sammitində iştirak edəcək
17:50 30.08.2026
Aktual
Türkiyənin Qara dəniz sahillərində PUA tapıldı
17:33 30.08.2026
Son dəqiqə
Ancelina Coli Ukraynaya səfər etdi
16:25 30.08.2026
Şou
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
15:52 30.08.2026
Futbol
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
15:06 30.08.2026
Son dəqiqə
Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
14:52 30.08.2026
Gündəm
Heyvanlara qayğı kütləvi maniyaya çevrilirsə... -ŞƏRH
14:04 30.08.2026
Sosial
Makronun reytinqi 21 faizə düşüb
13:30 30.08.2026
Dünya
Politoloq: Hindistan Rusiyanın enerji xilasına çevrilir
13:21 30.08.2026
Aktual