“Sürətli bahalaşmaya son qoymaq olar” – Yolu göstərildi
Fidan Həmişəyeva
11:58 07.07.2021
Tarix
1551
Sosial Tədqiqatlar Mərkəzi (STM) 1073 respondent arasında 25 iyun-5 iyul 2021-ci il tarixlərində bir neçə mövzu üzrə telefon sorğusu keçirib. Sorğuda əminlik intervalı 95.0 faiz, xəta marjası 3.0 faiz təşkil edib.
Sorğuda üç istiqamət üzrə suallar soruşulub:
- Mövcud sosial-iqtisadi vəziyyət və gözləntilər
- Manatın məzənnəsindən gözləntilər və Mərkəzi Bankın hazırki valyuta (kurs) siyasətinin dəyərləndirilməsi
- Ermənistanda keçirilən növbədənkənar seçkilərin nəticələrinə münasibət
Sorğuda bütün iqtisadi rayonlar əhatə edilməklə təsadüfi qaydada seçilən 1073 respondent iştirak edib. Orta yaş qrupu və orta təhsillilər nisbi üstünlük təşkil edib.
Sorğu nəticələrinə əsasən son aylar ərzində əhalinin maddi vəziyyətində bir sıra istiqamətlərdə mənfi tendensiyalar müşahidə edilib. Əhali kommunal xidmətlər və ərzaqın bahalaşmasından narazıdır
Demək olar ki, hər on nəfərdən doqquzu (84.4 faiz) son aylar ərzində istehlak (ərzaq) məhsullarının qiymətində artım müşahidə etdiyi halda, respondentlərin yarıdan çox hissəsi (50.9 faiz) son bir il ərzində ailə büdcəsindən ərzaq məhsullarına çəkilən xərclərin çox, təxminən 40.0 faiz isə müəyyən qədər artdığını bildirib.
Respondentlərin 36.1 faizi elektrik (işıq), 28.7 faiz qaz və 25.6 faizi isə yanacaq tariflərinin 2021-ci ildə artacağını gözləyir.
Sorğunun nəticələri barədə “Sherg.az”a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, kommunal xidmətlər dövlət tərəfindən tənzimlənir və əhalinin narazılığını aradan qaldırmaq üçün çıxış yolu çox asandır:
“Yəni kommunal xidmətlərin qiyməti artırılmasın və bir az ucuzlaşdırılsın. Problemi həll etmək bu qədər sadədir. Bizdə isə əksinə artım tempi hər zaman yüksək olur. Lakin dövlətin görə biləcəyi iş daha sadədir, çünki qiymətləri özü tənzimləyir.
Ancaq ərzaq və digər gündəlik tələbat məhsulları ilə bağlı qiymət artımına son qoymaq daha çətindir. Burada müxtəlif addımların atılmasına ehtiyac var. Çünki ərzaq məhsullarının qiyməti dövlət tərəfindən tənzimlənmir.
Təəssüf ki, ölkəmizdə bazar iqtisadiyyatı qanunları tam oturuşmayıb. Neçə illərdir ki, parlamentdə rəqabət məcəlləsi qəbul olunmur, biznes və özəl sektor üçün daha yaxşı cəlbedici şəraitin yaradılmasında problemlər var. Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlük məsələsi gecikdirilir. Bütün bunlar yerli istehsalçıların daha ucuz və keyfiyyətli mallara çıxış imkanını məhdudlaşdırır”.
İqtisadçı söyləyib ki, ərzaq və qeyri-ərzaq malları sahəsində çoxşaxəli addımların atılması üçün həm qanunvericilik, həm gömrük və vergi rüsumları, həm də ölkə daxilində rəqabətli mühitin yüksəldilməsi ilə bağlı işlər görülməlidir:
“Nəticədə ərzaq məhsullarının qiymət artımını tənzimləmək və insanları narazı salacaq sürətli bahalaşmaya son qoymaq olar. Kommunal xidmət sahəsindəki qiymətlərlə bağlı durum daha sadə olsa da, əhali narazıdır. Son zamanlar suyun və qazın kvotalarının yüksəldilmək yolu ilə qiymətinin artırılması kifayət qədər əhalinin sosial durumuna mənfi təsir göstərib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm