Tarix də qardaşlaşdı
Yusif Nəzərli
05:00 10.12.2021
Tarix
932
Yüz il sonra Türkiyə güclü Azərbaycanla müttəfiqliyindən qürur duyur
Ötən il dekabrın 10-da Bakıda keçirilən möhtəşəm Zəfər paradı ölkəmizin qüdrətini, erməni faşizmi üzərində tarixi qələbəmizi bütün dünyaya nümayiş etdirdi. Bu, eyni zamanda, 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızın düşməndən təmizlənməsinin və ərazi bütövlüyümüzün bərpasının təcəssümü idi.
Zəfər paradında nümayiş etdirilən texnikalar dövlət başçısı tərəfindən hərbi sahəyə göstərilən diqqət və qayğıdan xəbər verməklə yanaşı, ordumuzun maddi-texniki bazasının zənginliyinin ifadəsi idi.
Paradda diqqətçəkən bir məqam da Şuşa azad edildikdən sonra Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağının parada gətirilməsi idi. 3 min Azərbaycan əsgəri və zabiti ilə yanaşı, türk əsgər və zabitlərinin də paradda iştirakı hər birimizdə qürur hissi doğurdu.
Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və fəxri qonaq qismində dəvət olunan Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın izləməsi isə xalqımızın tarix salnaməsinə qızıl hərflərlə yazıldı. Bu həm də beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj idi. Həmin günü ölkəmizin bütün şəhərlərinin Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsi xalqlarımızın mənəvi yaxınlığından xəbər verirdi.
Milli Məclis sədrinin müavini Adil Əliyev bildirib ki, Azərbaycan və Türkiyə liderlərinin Azadlıq meydanında keçirilmiş Zəfər paradını birlikdə qəbul etmələri böyük beynəlxalq hadisə kimi dünyanın diqqətini çəkdi. Vitse-spiker vurğulayıb ki, bir sıra beynəlxalq ekspertlər Zəfər paradını sadəcə olaraq Azərbaycanın Ermənistan üzərində qələbəsinin deyil, eyni zamanda iki qardaş ölkə arasında yeni geosiyasi ittifaqın yaradılmasının təntənəsi kimi xarakterizə etdilər:
“Daha sonra 15 iyun 2021-ci il tarixində Azərbaycan və Türkiyə prezidentlərinin Şuşada imzaladıqları müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi bunu bir daha təsdiq etdi.
Bu isə Azərbaycanın müharibədə əldə etdiyi qələbə sayəsində regionda yaratdığı yeni geosiyasi reallığın əsas komponentidir.
Zəfər paradında Azərbaycan və türk əsgərləri çiyin-çiyinə Azadlıq meydanından keçdilər. 2018-ci ilin 15 sentyabrında Bakının erməni-daşnak qüvvələrinin və onların havadarlarının işğalından azad edilməsinin 100 illiyinə həsr edilmiş paradda da Azərbaycan və Türkiyə prezidentləri, eləcə də Azərbaycan və Türkiyə əsgərləri iştirak etmişdilər.
100 il qabaq da Azərbaycan və Türkiyə bir yerdə idi, bu gün də. Amma bugünkü parad və bugünkü Azərbaycan yüz il əvvəlkindən tam fərqlidir. Bu gün Azərbaycan zəif, köməksiz, dağınıq ölkə deyil, güclü iqtisadiyyatı, müstəqil daxili və xarici siyasəti, müzəffər ordusu olan ölkədir”.
A.Əliyev vurğulayıb ki, yüz il əvvəl Türkiyə çətin vəziyyətdə olan Azərbaycanın köməyinə gəlmişdi. Bu gün isə Türkiyə güclü Azərbaycanla müttəfiqliyindən qürur duyur:
“Azərbaycan-Türkiyə münasibətləri qardaşlığa və bərabərhüquqlu münasibətlərə əsaslanır. Yüz il öncə Bakı işğaldan azad edilərək ilk Azərbaycan Cümhuriyyətinin paytaxtı elan edildi.
Lakin çox təəssüf ki, 2 il keçmədən cümhuriyyət süquta uğradı. Sovet dövründə Azadlıq meydanında 1 may və s. parad və tədbirlər keçirilirdi. SSRİ-nin son illərində isə burada keçirilən tədbirlər təklənmiş, ədalətsizliklə üzləşmiş xalqın etiraz nümayişləri idi.
2020-ci il dekabrın 10-da baş tutan Zəfər paradı Azadlıq meydanının xarakterini dəyişərək onu möhtəşəm Zəfərimizin, ərazi bütövlüyümüzün bərpasının və Azərbaycan-Türkiyə birliyinin təntənəsinin qeyd edildiyi əsas məkana çevirdi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski cavab verib: Mən də Putini Kiyevə dəvət edirəm
12:42 30.01.2026
Dünya
Ceyhun Bayramov BƏƏ XİN rəhbəri ilə telefon danışığı aparıb
12:37 30.01.2026
Gündəm
Abbas Əraqçi Türkiyədə səfərdədir
11:50 30.01.2026
Gündəm
ABŞ-nin vitse-prezidentinin Ermənistana səfərinin vaxtı məlum oldu
11:46 30.01.2026
Dünya
Bakıda iki nəfər dəm qazından zəhərlənərək ölüb
11:46 30.01.2026
Hadisə
Türkiyədə servis haqqı ləğv edildi
11:36 30.01.2026
İqtisadiyyat
Sahibə Qafarovanın qardaşı vəfat etdi
11:34 30.01.2026
Cəmiyyət
Qarabağdan gedənlər Azərbaycanla sərhəddən də köçür
11:01 30.01.2026
Gündəm
Rusiya Ukraynaya "İsgəndər-M" raketi və 111 PUA ilə zərbə endirdi
10:53 30.01.2026
Dünya
Yol polisi sürücülərə xəbərdarlıq etdi
10:32 30.01.2026
Cəmiyyət
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri tutulub
10:23 30.01.2026
Cəmiyyət
ABŞ-də fırtına səbəbindən ölənlərin sayı 85 nəfərə çatıb
10:23 30.01.2026
Dünya
Bu gün "Qarabağ"ın pley-offdakı rəqibi bəlli olacaq
10:15 30.01.2026
Futbol
Rusiya ATƏT-dən çıxır? - XİN-dən gözlənilməz açıqlama
10:11 30.01.2026
Dünya
Benzema “Əl-İttihad”dan ayrılır
09:55 30.01.2026
Futbol