Bakının meyitləri qaytarması Ermənistanın bütün şanslarını əlindən aldı - AKTUAL
06:39 02.07.2023
Aktual
514
Bakı erməni hərbçilərin meyitlərini İrəvana niyə verdi? - İki mühüm gediş1 İyul 2023 14:18
"“Qisas 2” əməliyyatında məhv edilən iki erməni hərbçisinin meyiti Ermənistana təhvil verilib: Qarabağda qanunsuz hərbi birləşmələrin üzvü olan bu ermənilərin meyitlərinin verilməməsi Azərbaycanın haqqı idi, yaxud meyitləri nələrinsə qarşılığında vermək olardı".
Sherg.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib. Onun sözlərinə görə, Bakının niyə belə addım atdığı suallar yaradır:
"İrəvan Ermənistan silahlı qüvvələrinin hərbçilərinin Qarabağda olduğunu təkzib edir: gah üçtərəfli bəyanatın müddəalarını təhrif edir, gah silahlı dəstələrin separatçıların qondarma “müdafiə ordusu” olduğunu deyir, gah da erməni ordusunun hərbçilərinin çıxarıldığı iddiasını ortaya atır.
Son əməliyyatda məhv edilən 5 erməni hərbçinin ikisinin Ermənistan ordusunun üzvü olması faktı İrəvanın iddialarını çürütdü. Bakının meyitləri qaytarması da Ermənistanın bundan sonra “Qarabağda erməni ordusunun hərbçilərinin olduğu”nu təkzib etmək imkanını əlindən almağa hesablanıb.
Və bunun Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə edilməsi, Laçın postundan keçidin təmin edilməsi, xüsusilə görüntülərin qeydə alınması hesablanmış və bundan sonra erməni qoşunların Qarabağdan çıxarılmasına dair prosesin inkişafını müəyyən edəcək amildir".
Analitik bu vəziyyətdə Bakının əlinin daha da gücləndiyini vurğulayır:
"Birincisi, iki erməni hərbçinin meyitlərinin qaytarılması ilə təkcə Ermənistan yox, həm də beynəlxalq ictimaiyyət – bölgədəki proseslərin iştirakçısı olan Rusiya və Qərb fakt qarşısına qoyuldu: Vaşinqton görüşündə müzakirə edilən məsələlərdən biri də bu idi; istisna deyil ki, İrəvan görüşdə yenə “təkzib mövqeyi”ni davam etdirib, Bakı bu addımla beynəlxalq ictimaiyyətə faktı təqdim edir və aydındır ki, qarşıdakı günlərdə əsas prioritet erməni qoşunların çıxarılması tələbi olacaq;
İkincisi, qoşunların çıxarılması öhdəliyi yerinə yetirilməsə, Azərbaycanın son əməliyyat kimi praktiki mərhələdə addımlar atacaq: iki erməni hərbçinin meyitinin təhvil verilməsi də bu addımlara “istinad nöqtəsi”nin yaradılması gedişidir".
Oxşar xəbərlər
Tramp: İranın Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi qrup fəaliyyətə başlayıb
01:58 09.11.2026
Zaur Məmmədov: “Qarabağ Zəfəri Azərbaycanın dövlətçilik strategiyasının təntənəsidir”
20:22 08.11.2026
Xəbər lenti
Hamısına bax
800 illik qəsr 1 avroya satılır
09:19 09.11.2026
Dünya
Yuxudan duran kimi bunu edin
08:20 09.11.2026
Cəmiyyət
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm