“İrəvan bununla razılaşmağa məcbur olacaq” - RƏY
Yusif Nəzərli
16:41 16.07.2023
Gündəm
492
İyulun 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə üçtərəfli görüşü olub.
Söhbət zamanı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh prosesi üzrə danışıqların davam etdirilməsi, sərhədlərin delimitasiyası, nəqliyyat kommunikasiyalarının açılması, Ermənistanın hərbi birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması və qanunsuz hərbi birləşmələrin tərksilah edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Brüsseldə keçirilən bu danışıqlar Vaşinqton görüşünün davamı kimi qiymətləndirilib.
Brüssel görüşlərini hər zaman yüksək dəyərləndirdiyini söyləyən siyasi şərhçi Turab Rzayev "Sherg.az"a bildirib ki, bu təmaslarda digərlərindən fərqli olaraq hər iki tərəfin istəyinə uyğun olaraq, addım-addım sülhə yaxınlaşılır:
"Bu dəfəki görüşlərdə də Azərbaycanla bağlı diqqət çəkən bir çox məsələ var. Bunlardan ilk ikisi rəsmi Bakı və İrəvan arasında ilkin olaraq qaralama sülh müqaviləsinin layihə şəklində hazırlanması və erməni silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasıdır. Düzdür, Paşinyanın silahlıların çıxarılmasında öhdəlik götürməmə ehtimalı da var. Çünki o Ermənistan Silahlı Qüvvələrinin Qarabağda olmadığını iddia edir. Azərbaycan isə təkcə Ermənistana aid ordunun yox, bütün erməni silahlı birləşmələrinin torpaqlarından çıxarılmasında israrlıdır. Üçüncü məqam isə Azərbaycanın ərazi bütövlüyü və Qarabağ üzərindəki suverenliyindir. Düzdür, Paşinyan bir neçə dəfə şifahi şəkildə bunu tanıyıb. Ancaq rəsmi Bakı bunun rəsmiləşməsini istəyir".
Analitik əlavə edib ki, müzakirə olunan növbəti məsələ Qarabağdakı erməni icmasının Azərbaycanın daxilində və qanunları ilə yaşamasıdır:
"Aydın məsələdir ki, rəsmi İrəvanın burada müəyyən təhlükəsizlik tələbləri, və həmin vətəndaşların əlavə inzibati, siyasi hüquqlarının olması ilə bağlı cəhdləri olacaq. Ancaq istənilən halda onların Azərbaycanın ərazi bütövlüyü daxilində yaşaması ilə barışmağa məcburdur. Brüsseldə növbəti toxunulan maraqlı məqam isə artıq sərhədlərin delimitasiyası-demarkasiya edilməsi və kommunikasiya xətlərinin açılmasıdır. Bunlar isə artıq prosesin müsbət istiqamətdə inkişaf etdiyini göstərir. Əlbəttə ola bilsin, İrəvanın burada müəyyən çəkingələri və Rusiyanın açıq-aşkar təzyiqi var. Bu isə Paşinyanın şifahi razılaşdığı bir sıra razılaşmaları imzalamaqdan çəkinməsinə səbəb ola bilər. Lakin istənilən halda düşünürəm ki, Brüssel görüşləri çox uğurlu prosesdir. Hətta növbəti raundda ən azından Azərbaycanın ərazi bütövlüyünün və Qarabağ üzərindəki suverenliyinin tanınması məsələsində həm rəsmi Brüsselin dəstəyini alacağımızı, həm də İrəvan bununla razılaşmağa məcbur olacağını ehtimal edirəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya