Topuq analizinin heç bir zərəri yoxdur - Pediatr
01:23 28.09.2023
Cəmiyyət
634
Bu testin vasitəsilə uşaqlıqda yaranacaq əqli geriliyin qarşısı tamamilə alına bilər
Neonatal skrininqin icrasına başlayan gündən etibarən indiyədək 19 330 test icra olunub. Bu barədə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutundan məlumat verilib. Bildirilib ki, onlar arasında bu günə qədər genetik xəstəliyi olanlar aşkarlanmayıb.
Qeyd edək ki, Azərbaycanda ötən ilin may ayından topuq testinin tətbiqinə başlanılıb.
Pediatr-neonatoloq Qoşqar İsmayılovun “Sherg.az"a açıqlamasına görə, Neonatal skrininq (Topuq analizi, "Tarama testi") ağır genetik xəstəliklərin erkən aşkarlanmasına və onların əlilliyə səbəb olan vaxtında müalicəsinə imkan verən bir araşdırmadır: “Bu müayinə yeni doğulmuş uşaqlarda bir sıra metabolik xəstəliklərin aşkarlanması üçün edilir. Körpənin həyatının 3-7-ci günlərində reallaşdırılır. Bu analiz vasitəsilə uşaqlarda xəstəlik əlamətləri yaranmadan xəstəliyin diaqnozunu qoymaq mümkün olur. Erkən qoyulan diaqnoz isə əmələ gələ biləcək xəstəlik əlamətləri və onların fəsadlarının qarşısını alır. Çünki bəzi irsi metabolik xəstəliklərə sonradan diaqnoz qoyulduqda, yaxşı müalicə olunsa belə, fəsadlar qalır. Ona görə bu xəstəlikləri öncədən bilmək onun fəsadlarının yaranmasının qarşısını alır. Bizdə isə ödənişlidir.
Topuq analizi "Tarama testi" bütün dünyada "chek-up" olaraq edilir. Hər bir ölkədə fərqli olur. Bir çox ölkələrdə bu testlər dövlət səviyyəsində ödənişsiz olaraq aparılır. Bizim ölkəmizdə isə ödənişli olduğu üçün məcburi deyil. Analiz xərci də bahalı olduğundan valideynlər könüllü olmurlar. Amma mən valideynlərə ciddi şəkildə yenidoğulmuşlara rutin olaraq topuq testi etdirmələrini tövsiyə edirəm”.
Pediatrın sözlərinə görə, "Topuq testi" ilə uşaqda əsasən hipotiroidizm və fenilketonuriya xəstəliyinin olub-olmaması yoxlanılır. Hər ikisi anadangəlmə xəstəlikdir: “Bu analiz vasitəsilə müəyyən olunan xəstəliklərdən biri hipotiroidizimdir. Bu, qalxanvari vəzin işinin zəifləməsi, hormonların catışmazlığı ilə bağlı xəstəlikdir. Bu xəstəliklər müalicəsiz qalarsa ağıl geriliyi, boy qısalığı, katarakt kimi ciddi problemlərə getirə bilər.
Bu xəstəliyə erkən diaqnoz qoyularsa, 1 dərmanla müalicə olunur. Ancaq gec aşkarlanarsa, bərpa olunmayan zəka və boy problemləri yaranır. Yəni erkən diaqnoz xəstəliklərin simptomları və ağırlaşmaları yaranmadan onun qarşısını almaq və müalicə etmək üçün çox önəmlidir. Çünki sonradan qarşısını almaq olmur. Fenilketonuriya da bu test ilə aşkar edilir. Bu zaman fenilalanin hidroksilaza adli ferment çatışmır. Qanda fenilalajin və onun metabolitleri artır. Onların artıq miqdarı beyinə toksiki təsir göstərir”.
Q.İsmayılovun sözlərinə görə, bu testin aparılmasının zərərli tərəfi yoxdur. Əksinə, çox faydalıdır. Test vasitəsilə uşaqlıqda yaranacaq əqli geriliyin qarşısı tamamilə alına bilər: “Analiz zamanı körpənin hiss etdiyi ağrı olduqca cüzidir. Barmaqdan qan analizi almaq kimi bir prosedurdur. Topuq testi heç bir narahatlıq vermir. Valideyn övladının zehni, psixoloji, nevroloji geriliyini əvvəlcədən bilmə şansını qaçırır. Topuq testi körpə üçün bir şansdır və düşünürəm ki, analar bu şansı övladlarından almamalıdır. Düşünürəm ki, bu analizlərə marağın az olmasının əsas səbəbi maariflənmənin zəif olmasıdır. Özəl klinikalarda kifayət qədər baha qiymətə kesr etdirən valideynlər üçün uşağını 50 manat verib topuq testi etdirmək problem olmamalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm