Dövlət qulluğu ilə əlaqədar müsahibə komissiyasının tərkibində dəyişiklik ediləcək
Yusif Nəzərli
15:37 05.03.2024
Elm və Təhsil
638
Dövlət qulluğu ilə əlaqədar müsahibə komissiyasının tərkibində dəyişiklik ediləcək.
Bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.
Qeyd edilib ki, Dövlət qulluğu haqqında qanunun 21.4-cü maddəsinə əsasən, dövlət hakimiyyəti orqanlarının, habelə dövlət orqanları rəhbərliyinin tərkibinin dəyişməsi dövlət qulluğuna xitam verilməsi üçün əsas yaratmır. Bununla belə iddia etdiyi vəzifədən asılı olmayaraq namizədlərin müsahibənin keçirilməsi ilə əlaqədar hüquqlarının bərabərliyinin təmin edilməsi məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən Dövlət qulluğu haqqında qanuna və Prezidentin 2017-ci ilə 21 iyun tarixli 1480 nömrəli fərmanı ilə təsdiqlənmiş Dövlət qulluğu vəzifəsinin tutulması məqsəd ilə müsahibə keçirilməsi Qaydasına bütün hallarda müvafiq vəzifələrin tutulması zamanı yaradılan müsahibə komissiyasının tərkibinə Dövlət İmtahan Mərkəzinin bir nümayəndəsi və bir müstəqil ekspertin daxil edilməsini nəzərdə tutan layihələr hazırlanıb.
Eyni zamanda Dövlət Qulluğu Məcəlləsinin layihəsində də bu cür istisna hallar aradan qaldırılmış, müsahibə zamanı namizədin bərabərliyinin təmin edilməsi məqsədilə vəzifənin rəhbər və ya işçi olmasından asılı olmayaraq həmin vəzifənin tutulması ilə bağlı yaradılan müsahibə komissiyasının tərkibinə müvafiq dövlət orqanı ilə yanaşı Dövlət İmtahan Mərkəzinin və müstəqil ekspertin daxil edilməsi nəzərdə tutulub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub
16:14 18.10.2026
Futbol
Makron xalqa müraciət edəcək
15:56 18.10.2026
Gündəm
Müdafiə naziri: Ukrayna müharibədə heç vaxt qalib gələ bilməyəcək
15:37 18.10.2026
Dünya
Seldə itkin düşən Türkmənistan vətəndaşının meyiti tapılıb
15:17 18.10.2026
Hadisə
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə