300 bal toplayanlar var, amma həqiqət başqadır - Ekspert

120 min şagirddən cəmi 11-i zirvədə, əsas minimum həddi keçməkdir

Dövlət İmtahan Mərkəzi 15 mart tarixində keçirilmiş buraxılış imtahanlarının nəticələrini açıqladıqdan sonra imtahan suallarının çətinliyi yenə müzakirə mövzusudur.

Valideynlər, məzunlar imtahan suallarının çətinliyindən, açıq sualların çox vaxt apardığından, uşaqların həyəcan keçirdiklərindən cavablandrmada səhvlərə yol veridklərini iddia edirlər. Xatırladaq ki, DİM-in məlumatına görə, 15 mart tarixində keçirilmiş buraxılış imtaanlarında 9 nəfər maksimum bal toplayıb. 

Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi “Sherg.az”a açıqlamasında qeyd etdi ki, 9 mart tarixində keçirilmiş buraxılış imtahanlarında 2 nəfər, 15 mart tarixində keçrilmiş imtahanlarda isə 9 nəfər maksimal nəticə əldə edib. Ümumlikdə 11 nəfər, mümkün 300 balı toplaya bilib: 

- Təbii ki biz yenə də 11 nəfərin göstəricilərinə əsasən imtahan suallarının çətin və ya normal tərtib edildiyini söyləyə bilməyəcəyik. Bu məsələdə imtahan iştirakçılarının böyük əksəriyyətinin minimum göstəricədən yuxarı nəticə əldə etməsi əhəmiyyət kəsb edir. 300 balın minimum balı 150 baldırsa və iştirkaçıların böyük əksəriyyəti minimum göstəricədən yüksək nəticə əldə edirsə, bu, müsbət haldır. Yox, əksinə, ümumi göstəricilər 150 baldan aşağıdırsa, bu, imtahanların çətin və ya şagirdlərin hazırlıq səviyyəsinin aşağı olması anlamına gəlir. Qeyd edim ki, buraxılış imtahanlarında bu il ümumtəhsil mıktəblırini bitirəcək 120 min şagirdin 117-118 mini iştirak edib. Təxminən 2-3 min şagird müxtəlif səbəblərdən imtahanlarda iştirak etməyib. Naxçıvanda buraxılış imtahanları məlum səbəblərdən 19 aprel tarixində baş tutub. Ümumən isə 2 istiqamət üzrə imtahan göstəriciləri yaxşıdır.