
Zəngəzurda Paris oyunu ifşa olunur -RƏY
Yusif Nəzərli
03:04 06.06.2025
Cənubi Qafqaz
408
Fransanın Gorusdakı konsulluğu diplomatik deyil, casusluq missiyasıdır
Qərbi Zəngəzurda davam edən konsulluq yarışında Fransa İrandan sonra nəticə əldə edən ikinci ölkə oldu. Konsulluq missiyasının təmsil etdiyi ölkənin vətəndaşları ilə işləmək olduğu və Zəngəzur bölgəsində Fransa vətəndaşlarının yaşamadığı faktı fonunda bu sual aktuallaşır. Ekspertlərə görə, Gorusda açılan Fransa konsulluğunun iki mümkün missiyası var. Birincisi, Fransanın kəşfiyyat mərkəzi kimi fəaliyyət göstərə bilər. Zəngəzur bölgəsində mövqelənən rəsmi Parisin Azərbaycana, o cümlədən, İrana və Rusiyaya qarşı bu cür fəaliyyətləri istisna edilməməlidir. O da istisna deyil ki, konsulluq bu missiyanı AB-nin bölgədəki müşahidə missiyası ilə koordinasiyalı şəkildə həyata keçirəcək. İkincisi, konsulluğun açılması Fransanın Zəngəzur üzərindən bölgədəki mövqelərini, xüsusilə regional kommunikasiyalarda iştirak imkanlarını gücləndirmək məqsədi daşıyır.
Siyasi şərhçi Bəybala Mirzəyev Sherg.az-a deyib ki, bir neçə gün əvvəl Fransanın Ermənistandakı səfiri Olivye Dekotini və Ermənistan rəsmilərinin iştirakı ilə Zəngəzurda (Gorus şəhərində) Fransanın fəxri konsulluq ofisinin açılmasının, əslində, diplomatik xidmətlər üçün deyil, böyük bir oyuna xidmət etdiyi gün kimi aydındır. Onun sözlərinə görə, "Fəxri konsulluq" sözündən də göründüyü kimi bu konsulluq sadəcə rəmzi xarakter daşıyır və baş konsulluqlardan fərqli olaraq heç kimə heç bir diplomatik xidmət göstərmir:

"İrandan sonra Rusiyanın da Zəngəzurda baş konsulluq açmağa hazırlaşdığı bir zamanda Fransanın daha tez hərəkətə keçərək, orada fəxri konsulluq açması ortada böyük geosiyasi rəqabətin mövcudluğundan xəbər verir. Necə deyərlər, bu saat Zəngəzur bölgəsinə və gələcək Zəngəzur dəhlizinə nəzarət uğrunda sözün əsl mənasında ölüm-dirim savaşı gedir. Zəngəzurda fransızların, farsların və rusların yaşamadıqları halda, bu üç toksik və məkrli ölkənin orada konsulluq açmaq iştahları Zəngəzur dəhlizinin necə böyük strateji bir məsələ olduğunu bir daha gözlər önünə sərir. Fransanın Gorusdakı fəxri konsulluğu isə hələlik yerli ictimaiyyətlə əlaqələr qurmaq, cürbəcür mədəni-kütləvi layihələr vasitəsilə Fransanın bölgədə təsir imkanlarını artırmaq və ən əsası isə informasiya toplamaqla məşğul olacaq. Başqa sözlə desək, konsulluq diplomatik xidmətlə deyil, casusluqla məşğul olacaq. Fransanın "ev"ini də elə axırda məhz bu casusluq fəaliyyətləri yıxacaq. İndiyə qədər dünyanın bir sıra ölkələrində fransız casusları rüsvayçı şəkildə ifşa olunublar. Xatırladaq ki, 2023-cü ildə Azərbaycanın xüsusi xidmət orqanları da Fransanın geniş casus şəbəkəsini ifşa edib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya