İştirakçı sayı 58 mindən çox idi, cəmi 2 nəfərin 300 bal toplaması, imtahan suallarının çətin olduğunu deməyə əsas verir
9 mart tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. İmtahanda 58139 şagird iştirak etməli idi. Onlardan 393 nəfər imtahana gəlməyib, 12 nəfər isə imtahan qaydalarını pozduğu üçün xaric olunub. 58139 abituriyentdən 2 nəfər maksimum nəticəni, yəni 300 balı toplaya bilib.
Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi “Sherg.az”a açıqlamasında buraxılış imtahanlarında cəmi 2 şagirdin maksimal bal toplamasının səbəblərini izah etdi: 
- Ötən illə müqayisə etsək, buraxılış imtahanlarında yüksək bal toplayan şagirdlərin sayı daha çox idi. Bu il isə, cəmi 2 nəfər maksimum nəticə əldə edib. İngilis dilli bir şagird isə xarici dil və riyaziyyat fənnindən maksimum bal toplayıb. Amma bu şagird may ayında Azərbaycan dilindən də imtahan verməlidir, əgər bu imtahada da maksimum bal toplayarsa, biz builki buraxılış imahanlarında 3 şagirdin maksimum nəticə göstərdiyini söyləyə biləcəyik. Amma hazrıda 2 nəfərdir maksimum nəticə əldə edən. Yüksək nəticələrin bu qədər az olmasının imtahan suallarının çətinliyi ilə bağlanmasına gəlincə, qeyd edim ki, iştirakçı sayı 58 mindən çox idi, cəmi 2 nəfərin 300 bal toplaması, imtahan suallarının çətin olduğunu deməyə əsas verir. Say baxımından çox az görünür – 58 minə qarşı cəmi 2 nəfər. Amma biz ötən illə müqayisədə daha aşağı göstərici olduğunu da indi deyə bilmərik. Müəyyən təhlillər aparılmalı, neçə nəfərin 200-dən aşağı, neçə nəfərin 200-dən yuxarı bal topladığı biliməlidir ki, yekun nəticəyə gəlinsin. İki nəfərlə ölçülmür ümumi nəticə. 58 min nəfərin 15 min nəfəri 200 baldan, 20 min də 250 baldan yuxarı nəticə ələ edibsə, bu göstəribsə, bu, yaxşı nəticə hesab ediləcək. 50 faizin çoxu 200 baldan artıq tpaa bilməyibsə, bu, sualların çətin olduğunu deməyə əsas verəcək. Nəticələr tam dəqiqləşməlidir ki, ümumi iştirakçıların əldə etdiyi orta göstərici bilinsin və yekun açıqlansın.