Ali məktəblərin qapıları üzlərinə açıldı
Yusif Nəzərli
07:17 16.10.2021
Elm və Təhsil
529
Gələcəkdə peşə təhsili almaq istəyənlərin sayında böyük artım olacaq
Dünən Milli Məclisin keçirilən plenar iclasında "Təhsil haqqında" qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Dəyişikliklə qanuna yeni bənd əlavə olunur. Yeni bəndə əsasən, yüksək texniki peşə təhsili səviyyəsi üzrə ixtisas proqramlarının müvafiq ixtisaslar üzrə ali təhsil proqramlarına uyğunluğu təmin edilir və bu təhsil səviyyəsini müvəffəqiyyətlə başa vuran məzunların – subbakalavrların topladıqları kreditlər bakalavriat səviyyəsinin uyğun ixtisaslarında ali təhsil müəssisələri tərəfindən nəzərə alınacaq. Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Təhsil eksperti Elçin Əfəndi "Şərq"ə açıqlamasında bildirib ki, yeni qanuna görə, tələbələr subbakalavr dərəcəsi əsasında ali təhsil müəssisələrinə müsabiqədən kənar, yəni imtahan vermədən qəbul olacaqlar. Ekspert qeyd edib ki, yüksək ixtisasları bitirən peşə təhsil müəssisələrinin tələbələrinə də artıq subbakalavr dərəcəsi veriləcək:
"Bildiymiz kimi, orta ixtisas təhsil müəssisələrinin tələbələrinə 2012-ci ildən etibarən subbakalavr təhsili verilməyə başlamışdı. Onlar faktiki olaraq ali təhsil müəssisələrinə son 3-4 ildir ki, qəbul ola bilirlər. Eyni qayda həmin yüksək peşə texniki təhsili səviyyəsi üzrə olan ixtisasları bitirənlərə də şamil olunacaq. Düşünürəm ki, bu, gələcəkdə peşə təhsili istiqamətində təhsil almaq istəyənlərin say çoxluğuna gətirib çıxaracaq. Eyni zamanda gələcəkdə ixtisaslı kadrların hazırlanmasında müstəsna rol oynayacaq".
E.Əfəndi hesab edir ki, bu qərar qardaş ölkə Türkiyə ilə Azərbaycan arasında sırf peşə təhsili istiqamətində olan qarşılıqlı əlaqələrin inkişafına da öz töhfəsini verəcək:
"Tələbələrin gələcəkdə mübadiləsi prosesi baş verə bilər. Yəni Türkiyədə peşə təhsili istiqamətində təhsil alanların Azərbaycanda, Azərbaycanda alanların isə Türkiyədə təhsil almalarına imkan yaradıla bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya