Almaniyanın ən prestijli universitetinə türk rektor seçildi

Bursa Qızlar Litseyi məzunu Prof. Dr. Fatma Deniz, Almaniyanın prestijli Berlin Texniki Universitetinin (TU Berlin) yeni rektoru seçilib. Sherg.az xəbər verir ki, 1997-2001-ci illərdə Bursa Qızlar Litseyində təhsil alan Deniz, TU Berlinin Akademik Senatosu tərəfindən keçirilən seçkidə səs çoxluğu ilə qalib gəlib və 1 aprel 2026-cı il tarixindən etibarən dörd illik vəzifəyə başlayacaq.

1983-cü ildə Münhendə doğulmuş Fatma Deniz, 2008-ci ildə Münih Texniki Universitetində kompüter elmləri üzrə bakalavr dərəcəsini, ABŞ-da Kaliforniya Texnologiya İnstitutunda yüksək lisansını tamamlayıb, doktoranturasını isə TU Berlində Berlin Bernstein Hesablama Neyroelm Mərkəzi ilə birgə aparıb. 2013-2020-ci illərdə ABŞ-ın Berkeley Universitetində araşdırmalar aparan Deniz, 2023-cü ildən TU Berlində kompüter elmləri professoru və biologiya və süni sistemlərdə dil və kommunikasiya bölməsinin rəhbəri kimi fəaliyyət göstərir.