
Axır ki, tələbələr sevinəcək...
Yusif Nəzərli
10:58 26.11.2021
Elm və Təhsil
702
Tələbə yataqxanalarının bərpasına və tikintisinə başlanır
Bu, həm də kirayə haqlarının aşağı düşməsinə səbəb olacaq
Bakı Dövlət Universitetinin yeni yataqxanalarının tikilməsi üzərində iş gedir. Bununla bağlı dövlət-özəl tərəfdaşlığı əsasında hər həftə müzakirələr aparılır. Bunu jurnalistlərə açıqlamasında Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev deyib. Universitetin yeni tikilən 225 nəfərlik yataqxanasının əsaslı şəkildə təmir olunduğunu deyən rektor qeyd edib ki, yataqxana tələbələr üçün lazımi vəsaitlərlə təmin olunub: “BDU-nun əvvəlki tələbə şəhərciyində xoşagəlməz vəziyyət var idi. Oranı hasarladıq və indi ərazi xüsusi mühafizə altındadır, kənar şəxslərin girişi mümkün deyil”.
Tələbələrin yataqxana problemi həllini tapırsa, əlbəttə, bu sevindirici haldır. İllərdir ki, xüsusən də Ermənistanın Azərbaycan ərazilərini işğalı nəticəsində yurd-yuvasından didərgin düşmüş soydaşlarımızın böyük bir hissəsi paytaxtdakı yataqxanalarda, o cümlədən tələbə yataqxanalarında məskunlaşmışdı. Son illərdə aparılan dövlət siyasəti həm də məcburi köçkünlər üçün yeni qəsəbələrin salınmasını əhatə edirdi. Ayrı-ayrı müəssisələr, ali məktəblərə məxsus yataqxanalar getdikcə boşaldılır, müvəqqəti sakinlər yeni mənzillərlə təmin edilirdi. Bununla belə yataqxanalar hələ də öz həqiqi sakinlərinə qapılarını açmayıb. Hətta yenilənən, abadlaşdırılan yataqxanalar var ki, onlar da tələbə qəbulunu hələ ki həyata keçirmir. Bu isə məlumdur ki, tələbələrə sıxıntı yaradır. Bölgələrdən paytaxta ali təhsil ardınca gələn gənclər mənzil kirayələməyə məcbur olur. Və maddi çətinliklərlə üzləşirlər. BDU rektorunun tələbə yataqxanaları ilə bağlı açıqlamasını tələbələr çoxdan gözləyirdi.

Təhsil eksperti Elşən Ramizoğlu “Şərq”ə açıqlamasında bildirdi ki, müşahidələr tələbə yataqxanalarının heç də xoşagələn vəziyyətdə olmadığını göstərirdi:
- Əlbəttə, çox sevindiricidir ki, tələbə yataqxanalarının təyinatına görə istifadəsi üçün işlər gedir. Əvvəlki illərlə bu günü müqayisə etdikdə, artıq görürük ki, bu istiqamətdə işlər sürətlənib. Tələbə yataqxanasının olması, kirayə haqlarının da aşağı düşməsinə səbəb olacaq. Tələbələr üçün ev, kirayə problemi həmişə olub. Lakin yataqxanalar bu vəziyyəti yüngülləşdirə bilər. Bu gün yataqxananın yenidən təmiri, özü də müasir avadanlıqlarla təmin olunması çox yaxşıdır. Bakı Dövlət Universiteti kimi bir ali məktəbin indiyə qədər yataqxanasının arzuolunmaz səviyyədə qalması məyusedici hal idi. Şükür ki, bu vəziyyət artıq düzəlir. Digər böyük universitetlərdə də yataqxanalarla bağlı kardinal dəyişikliklərin olması vacibdir. Tələbə yataqxanası varsa, valideyn də rahat olur ki, ümumi bir nəzarət vardır. Tələbələrin özü üçün də yataqxana daha rahatdır. Həm maddi baxımdan, həm də sosiallaşma baxımından.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Süni intellektlə bağlı böyük fəlakət: 6 aya...
01:26 10.10.2026
Texnologiya
Tramp Keti Zakariyanın Ağ Evin yeni mətbuat katibi təyin etdi
01:04 10.10.2026
Gündəm
Kreml Putinin Trampla söhbətindən sonra bəyanat yayıb
00:45 10.10.2026
Gündəm
Tramp və Putin arasında telefon danışığı olub
23:57 09.10.2026
Son dəqiqə
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşdü
23:35 09.10.2026
Gündəm
"Neftçi" - "Sabah" matçında qalib müəyyənləşmədi
22:36 09.10.2026
Futbol
Rusiyada qadın hərbçilər üçün hərbi xidmətdə yaş həddi artırılır
22:20 09.10.2026
Region
İran ABŞ və İsrailin zərbələrinə güclü cavab verəcəyini açıqladı
22:05 09.10.2026
Dünya
Kilosu 800 minə satılır: İlk gündə 15 zəfəran çiçəyi açdı
21:28 09.10.2026
Maraqlı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
21:11 09.10.2026
Hadisə
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
21:00 09.10.2026
Hadisə
İran MDB-yə yaxınlaşır, Moskvanın mövqeyi həlledici olacaq - ŞƏRH
20:50 09.10.2026
Gündəm
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət