BTE məktəbli formalarının keyfiyyətli olduğunu deyir: “...Bir paltar 2-3 sezon geyinilə bilir”
Şəymən Bayramova
07:55 12.02.2020
Elm və Təhsil
1263
2020-2021-ci tədris ili üzrə şagirdlərin geyim formalarının təsvirlərini müəyyən edən layihəyə dair ictimai rəyin öyrənilməsinə başlanılıb. Təhsil Nazirliyi yanında İctimai Şurada ümumi təhsil müəssisələrində məktəbli formasının tətbiqinə dair müzakirələr keçirilib.
Görüşdə məktəbli formasının tətbiqi mövzusunun ictimai müzakirəsinin vacibliyi bildirilib. Təhsil Nazirliyi tərəfindən bu məsələyə ciddi yanaşıldığı, məktəbli formasının tətbiqi ilə bağlı nazirlik tərəfindən geniş müzakirələr aparıldığı qeyd edilib. Həmçinin ictimai rəyə çıxarılan vahid məktəbli formalarının təsvirləri ilə bağlı ən çox səsləndirilən təkliflər müzakirə edilib. Daha sonra mütəxəssislər məktəbli formalarının tətbiqinə dair mövcud standartlar və keyfiyyət məsələləri ilə bağlı öz fikirlərini səsləndiriblər.
Təhsil Nazirliyi yanında İctimai Şurada keçirilən müzakirələrdə iştirak etdiyini vurğulayan Etibar Əzimovun sözlərinə görə, görüş zamanı onlara deyilib ki, məktəbli formaları ilə bağlı hər kəs öz rəyi, təklifi və imkanları barəsində arayış təqdim etsin:
"Biz təkliflərimizi təqdim etdikdən sonra İctimai Şura yenidən yığışacaq və qərar veriləcək".
6 istehsalçının müzakirələrdə iştirak etdiyini vurğulayan BTE-nin satış şöbəsinin müdiri deyib ki, hər kəs öz nümunələrini təqdim edəcək. Biz 10 ildir bu sahədəyik, amma sektora yeni qoşulan istehsalçıların da təklifləri dinləniləcək. Nazirlik tərəfindən neçə nümunə olacağına və rənglərinə qərar veriləcək:
"BTE məktəbli formalarını Türkiyədən aldığı parçalardan istehsal edir və bunu təstiq edən sertifikatımız da var. Ən azı bir il zəmanətimiz var. Elə valideyn var ki, bir paltarı 2-3 sezon geyindirə bilir. Bizim formaların keyfiyyəti ilə bağlı heç bir problem yoxdur. Nazirlik yeni dizayn məktəbli formalarının istehsalını istəyir. Ola bilsin bu formalar öz yerində qalacaq və əlavə olaraq da yeni dizayn formalar istehsal ediləcək.
Yeni dizaynda olan məktəbli formaları 2020-2021-ci tədris ili üzrə şagirdlərə təqdim edilsə də, şagirdlər əvvəlki formalarını da geyinəcəklər. Elə ailələr var ki, məktəbə 4-5 uşaq göndərir. Onların köhnə formaları atıb yenidən hər uşağa forma almaq imkanı yoxdur axı. Çox güman ki dəyişiklik tədricən aparılacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Husilər Ər-Riyada hücum etdilər
13:42 20.10.2026
Dünya
“Barselona” “Mançester Yunayted”in müdafiəçisi ilə maraqlanır
13:28 20.10.2026
Futbol
Kallas Qara dənizdə hücumlara moratorium qoyulmasını tələb etdi
13:23 20.10.2026
Gündəm
Bağçalı: Türk dünyasının birliyini dosta-düşmənə göstərəcəyik
13:15 20.10.2026
Gündəm
Paşinyan ölkə vətəndaşlarını etirazlara çağırdı
12:35 20.10.2026
Region
Vens: Ukrayna NATO-ya üzv olmamalıdır
12:09 20.10.2026
Dünya
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
11:57 20.10.2026
Hadisə
Azərbaycanda bu şəxslər pensiyaya 20 il tez çıxa bilər
11:39 20.10.2026
Sosial
ABŞ-nin müharibə naziri Netanyahu ilə gizli görüş keçirib
11:13 20.10.2026
Dünya
Qəzzada 500 min fələstinliyə ərzaq yardımı dayandırılır
10:48 20.10.2026
Dünya
Kim Çen Inin səhhəti ilə bağlı şayiələr yayılıb
10:35 20.10.2026
Dünya
Məşhur meyxanaçı vəfat etdi - Foto
10:20 20.10.2026
Hadisə
Rusiya ayıları NATO ölkələrinə “hücum”a keçdilər
10:17 20.10.2026
Dünya
Ağ Ev sözçüsü vəzifəsində cəmi 5 gün qaldı
10:02 20.10.2026
Dünya
Qripdən sonra infarkt riski 16 dəfə arta bilər
09:54 20.10.2026
Sağlamlıq