Bu ixtisasa qəbul balı qaldırılacaq - Nazirdən AÇIQLAMA

Azərbaycan dili və ədəbiyyat ixtisasına gələn müəllimlərin sayında artım müşahidə olunur.

 Sfera.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfransda deyib.

Nazir qeyd edib ki, son ildə 411-dən çox abituriyent 500-dən yuxarı bal toplayaraq Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasını seçib:

"Azərbaycan dili və ədəbiyyat ixtisasına orta qəbul balı 410-dan 490-a yüksəlib. Bizim də prioritetimiz müəllimlik ixtisasının balını qaldırıb savadlı kadrların yetişməsinə imkan yaratmaqdır”.