Deputat: “Ali məktəb müəlliminin maaşı orta məktəb müəlliminin maaşından aşağıdır”
08:07 14.11.2023
Elm və Təhsil
611
“Bir sıra ali təhsil müəssisələrində əməkhaqqı orta məktəb müəlliminin maaşından aşağıdır”.
APA-nın xəbərinə görə, bunu bu gün Milli Məclisdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deputat Ceyhun Məmmədov bildirib.
Ceyhun Məmmədov deyib ki, ali təhsil müəssisələrinin adambaşına maliyyələşməsi sisteminə yenidən baxılmalıdır:
“Bu gün universitetlər tələbədən təhsil haqqını alır və onun hesabına universitetləri saxlamağa çalışırlar. Belə olan halda universitetlər daha çox tələbə sayını artırmaq barədə düşünürlər. Ali təhsil müəssisələrində, elmi müəssisələrdə, o cümlədən akademiya sistemində çalışan insanların maaşının artırılması məsələsinə də baxılmalıdır. Bu gün bir sıra təhsil müəssisələrində maaşlar çox aşağıdır. Həyata keçirilən islahat nəticəsində orta məktəb müəllimlərinin maaşı artırılıb. Hazırda bir sıra ali təhsil müəssisələrində əməkhaqqı orta məktəb müəlliminin maaşından aşağıdır. Bu ziddiyyət aradan qaldırılmalıdır. Universitetlərin tədqiqatyönümlü fəaliyyətinin dəstəklənməsi üçün əlavə maliyyə vəsaitinin ayrılması məsələsinə baxılmalıdır”.
Deputat qeyd edib ki, son illər Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bilavasitə diqqət və qayğısı ilə ölkəmizdə yüzlərlə məktəb inşa və təmir olunub:
“Ancaq bu gün ölkədə təxminən 800 məktəb təmirsiz vəziyyətdədir. Əlbəttə, bir ilə bütün məktəbləri təmir etmək mümkün deyil. Ancaq düşünürəm ki, müddəti qısalda bilərik. 10 ilə deyil, daha qısa müddətə təmir işini yekunlaşdıra bilərik. Bu gün bəzi bölgə məktəblərində vəziyyət çox ağırdır. Digər tərəfdən, bəzi bölgələrdə, xüsusilə Bakıda çox ciddi məktəb sıxlığı var. Bu da təhsilin keyfiyyətinə çox ciddi təsir göstərir. Bu məsələnin həlli istiqamətində tədbirlərin sürətləndirilməsinə ciddi ehtiyac var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya