
DİM nəticələri 1 aydır açıqlamır! – Test tapşırıqlarında qüsurlar var? - ETİRAZ
Yusif Nəzərli
12:55 12.04.2022
Elm və Təhsil
2437
“İmtahan nəticələrinin 1 aydan sonra çıxması 2022-ci il üçün narahatlıq doğuran məsələdir”
“Qəbul və buraxılış imtahanlarından situasiya tipli sualları çıxarmalıyıq. Bu da nəticələrin 3-4 gün ərzində elan edilməsinə imkan verəcək"
Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM) 5-6, 12-13 mart 2022-ci il tarixlərində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirib. 5-6 mart tarixlərində təşkil edilən imtahanların nəticələri aprelin 1-də elan olunub. 12-13 martda keçirilən imtahanların nəticəsi isə hələ bəlli deyil. Bu dönəmlərdə hər kəs bilir ki, həm abituryentlər, həm də valideynləri çox həyəcanlı, narahat olurlar.
Nəticələrin tez bir zamanda açıqlanmasını gözləyirlər. 11 ildir oxuduqları məktəb həyatını bitirib, yeni və fərqli - ali təhsil ocağına qəbul olmaq üçün səbirsizlənirlər. Amma təəssüf ki, nəticələrın elan olunması gecikir, hətta az qala, 30 günü də ötür. Şagirdlər və ən az onlar qədər iztirablı insanların gün keçdikcə səbri tükənir.
Bununla bağlı DİM buraxılış imtahanlarının nəticələrinin gec elan olunmasının səbəbini açıqlayıb. Bildirib ki, yazılı cavab tələb edən tapşırıqların yoxlanılması uzun müddət tələb edir:
"Ona görə də buraxılış imtahanlarının nəticələri gec məlum olur".
Doğrudur, əl yazısı tələb edən tapşırıqların yoxlanmasına çox vaxt sərf oluna bilər. Amma bu, yenə də o şagirdlərin bir aydan çox gözləməsinə, həyəcanının azalmasına əsas vermir.

İmtahan cavablarının ləngiməsi barədə "Şərq"ə danışan təhsil üzrə ekspert Kamran Əsədov bildirib ki, DİM artıq 3 ildən çoxdur ki, buraxılış imtahanlarına təkcə açıq və qapalı tipli yox, cavabını birbaşa imtahan iştrakçısının yazdığı sual modellərini də əlavə edib:
"2019-cu ildə tətbiq edilən, hətta 2018-ci il imtahanının nəticələri 72 gün sonra çıxıb. Həm qəbul, həm də buraxılış imtahanlarında test tapşırıqlarının müəyyən bir qismi situasiya tiplidir. Yəni bilavasitə imtahan iştirakçısı verilən tapşırıqları əli ilə yazır. Əllə yazılan həmin sualları markerlər yoxlayır.
Etiraf edək ki, mart ayının 5-6-sı keçirilən imtahanların nəticələri açıqlanandan sonra test tapşırıqlarının yoxlanması zamanı kifayət qədər qüsurlara yol verildiyi ortaya çıxıb. Əgər 50 minə yaxın insan 5 və 6 martdakı imtahanlarda iştirak edibsə, onların 6 minə qədəri yoxlamadan narazı qalıb. Nəticələri apelyasiyaya şikayət ediblər".
K.Əsədov hesab edir ki, bir imtahan nəticəsinin 1 ay sonra elan edilməsi yaxşı hal deyil:
"Bu, onu göstərir ki, DİM artıq imtahanları keçirmək kimi bir yükü öz üzərinə götürə bilmir. Çünki kifayət qədər fərqli 9-11 illik buraxılış, dövlət imtahanları, dövlət qulluğu, magistratura kimi imtahanlar keçirir. DİM buraxılış və qəbul imtahanlarında bu tipli problemlərin aradan qalxması, cavabların daha çevik və tez bəlli olması üçün əvvəlki model test tapşırıqlarından istifadə etməlidir. Situasiya tipli suallar çıxarılmalıdır. Əvəzində sadəcə açıq və qapalı tipli suallardan kitabçalarda yer almalıdır. DİM-dən bildirilir ki, nəticəsindən narazı qalan abituriyentlər apelyasiyaya müraciət etsin. Amma şagirdlərə sual kitabçaları verilmir. Məktəblilər təbii ki, 85 test tapşırığını yadda saxlaya bilmirlər. Bəlkə də, həqiqətən, DİM-in təqdim etdiyi test tapşırıqlarında ciddi qüsurlar var. Amma uşaqların əlində kitabça olmur deyə aidiyyəti quruma şikayətlərində problem yaşayırlar".
Ekspert vurğulayıb ki, imtahan nəticələrinin 1 aydan sonra çıxması 2022-ci il üçün narahatlıqdoğuran məsələdir:
"DİM yoxlayacaq markerlərin sayının az olduğunu deyir. Ümumiyyətlə, daha hazırlıqlı abituriyenti seçmək üçün açıq və qapalı tipli suallar yetərlidir. Onsuz da şagirdlər məktəbdaxili Kiçik Summativ Qiymətləndirmə (KSQ) və Böyük Summativ Qiymətləndirmə (BSQ) zamanı kifayət qədər situasiya tipli suallar işləyirlər. Ona görə də qəbul və buraxılış imtahanlarından situasiya tipli sualları çıxarmalıyıq. Bu da nəticələrin 3-4 gün ərzində elan edilməsinə imkan verəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Seldə itkin düşən Türkmənistan vətəndaşının meyiti tapılıb
15:17 18.10.2026
Hadisə
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə
Fransada etirazlar zamanı 855 nəfər saxlanılıb
11:45 18.10.2026
Dünya
Litvada PUA səbəbindən hava həyəcanı elan edildi
11:39 18.10.2026
Dünya
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
11:34 18.10.2026
İnfrastruktur