“Distant təhsil” kağız üzərində qalmamalıdır - RƏY
Fidan Həmişəyeva
12:43 12.03.2020
Elm və Təhsil
1673
“Bütün hallarda Təhsil Nazirliyinin teledərslərlə bağlı irəli sürdüyü təşəbbüs yerində və vaxtında geçəkləşdi”
Məktəblilərin bir aya yaxın müddətdə dərslərdən kənar qalmaması üçün “Mədəniyyət” kanalında “Dərs vaxtı” adlı teledərslərə start verilib. Teledərslər həftənin 5 günü saat 10-dan 16-dək yayımlanacaq və bütün sinifləri əhatə edəcək.
Təhsil Nazirliyinin layihəsi çərçivəsində “Azərbaycan dili”, “Riyaziyyat”, “Həyat bilgisi”, “Təsviri incəsənət”, “Xarici dil”, V-XI siniflərdə isə “Azərbaycan dili”, “Riyaziyyat”, “Xarici dil”, “Tarix”, “Coğrafiya”, “Kimya”, “Fizika”, “Biologiya” fənləri üzrə qısa videodərslər təqdim ediləcək.
Yeni layihə ilə bağlı fikirlərini bildirən əməkdar müəllim, təhsil üzrə ekspert Almaz Həsrət “Sherg.az”a açıqlamasında deyib ki, dərslərin onlayn formada keçirilməsi ilk dəfə tətbiq olunmur. Ekspert təəssüflə qeyd edib ki, ölkəmizdə “distant təhsil” deyilən anlayış yalnız sənəd üzərində qalmışdı:
“Bu layihəni reallaşdırmaq iqtidarında olmamışdıq. Sonra göründü ki, müəyyən bir hadisələr baş verə və “distant təhsil”ə ehtiyac yarana bilər. Teledərslərin nümayişi xoş hadisə kimi düşünməyimizə səbəb oldu. 4 il öncə Təhsil İnstitutu tərəfindən hazırlanan bir layihəni reallaşdırmışdıq. Elektron məktəb üçün elektron müəllim hazırlığı ilə məşğul idik. Bu kursu mən aparırdım. Kursda 2 ilə yaxın iştirak edənlər “distant təhsil”in aparılması, onlayn dərslərin keçirilməsi, video-dərslərin hazırlanmasına dair müəyyən bilik və bacarıqları əldə etdilər. Bu, bütün Respublikaya daxili olan müəllim heyətini əhatə edirdi. Məktəbəqədər təhsil üzrə çalışan müəllimlər, orta və ali məktəb müəllimləri kursa qatılmışdı. 400-ə yaxın təhsil işçisi yeni təlim proqramına tam uyğunlaşaraq “distant təhsil”in metodikasına yiyələnmişdi. Həmin müəllimlər heç bir tapşırıq və əmr gözləmədən öz işlərini davamlı olaraq görürlər. Bütün bunlara sosial şəbəkələrdə də şahid oluruq. Bizə müraciət edən şagirdlərə həmin dəqiqə köməklik göstəririk”.
Ekspertin fikrincə, Təhsil Nazirliyi tərəfindən irəli sürülən yeni təşəbbüs yerində və vaxtında verilib:
“Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının hər fənlər üzrə müəllimlərin video dərsləri var idi. 10 il bundan öncə hazırladığım biologiya fənn saytı var. Həmin saytda biologiyaya aid olan müxtəlif sinifləri özündə əks etdirən mövzuların izahları ilə bağlı videodərslər mövcuddur. Şagirdlərimiz istənilən zaman bu dərsləri dinləyə bilərlər. Dərsdən geri qalmamaq üçün internetə giriş-çıxışı olmayanları nəzərə alaraq televiziyalarımızda belə təşəbbüs “Mədəniyyət” kanalı vasitəsilə yayımlanacaq. Oxumağa meyli olan hər bir şagird televiziyada yayımlanan dərsi qaçırmayacaqlar. Əlbəttə, internetə çıxışı olan bölgə və rayon məktəblərimiz var. Həmin ərazidə olan şagirdlər istədikləri mövzunu videolardan öyrənə biləcək. Təbii ki, oxumaq istəyən şagirdlər müəyyən üsul tapıb boşluqları dolduracaq. Öyrənmək istəməyənlər isə bəhanələr tapacaq. Onlar internetə çıxışı olmadıqlarını deyəcəklər. Bu, həm müəllimlərə, həm şagirdlərə, həm də valideynlərə aiddir. Çünki hazırda internet əsridir, informasiya bolluğudur. Bu bolluğun içərisində onlar istədikləri fənnin adını yazmaqla müəllimlərimizin illərlə ərsəyə gətirdiyi fənn saytlarını tapa biləcəklər. Hər fənn saytlarını incələdikcə özlərinə lazımlı olan mövzuları tapacaqlar. Oxumaq istəyənlər saytdakı informasiyalarla tanış olub mövzuları dinləyəcək. Çünki məsuliyyətli, zəhmətkeş və vicdanla çalışan müəllimlərimiz internetdə çevikdirlər. Onlar operativ olaraq hər kəsin yazdığını cavablandırır, oxuyub irəli getmək istəyən və inkişafa meyilli olan şagirdlərin geri qalmaması üçün çalışırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prokuror Rüfət Səfərova cəza istədi
17:49 18.05.2026
Ölkə
AzTV əməkdaşları planetin ən aqressiv qəbiləsində - VİDEO
17:09 18.05.2026
Cəmiyyət
Paşinyanı hədələyənlərə qarşı cinayət işi açıldı
17:06 18.05.2026
Gündəm
Azərbaycan dili fənni üzrə imtahanın nəticələri elan olundu
16:23 18.05.2026
Elm və Təhsil
Sərgən Yalçın "Beşiktaş"dan getdi
16:17 18.05.2026
Futbol
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü oldu
15:55 18.05.2026
Gündəm
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya
İran bu şirkətləri hədələdi: İnterneti kəsəcəm!
15:04 18.05.2026
Region
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya