Distant, yoxsa ənənəvi format?
Şəymən Bayramova
11:47 22.08.2020
Elm və Təhsil
1355
Nazirlik axtarışda, valideynlər isə tərəddüd içindədir
Təhsil Nazirliyinin ölkədəki sanitar-gigiyenik vəziyyəti daim monitorinq etdiyini deyən Təhsil nazirinin müşaviri Elnur Nəsibov ictimai rəyin diqqətlə öyrənildiyini bildirib. Nazirlik rəsmisi bildirib ki, yeni tədris ilində təhsilin formaları ilə bağlı axtarış və müzakirələr hazırda davam etdirilir. Təhsil nazirinin müşaviri valideynlərin övladlarının təhsilini distant və ənənəvi formada davam etdirməsi ilə bağlı seçim imkanına malik olacağını vurğulayıb.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün fikrincə, məktəblərdə təhsilin hansı formada təşkili ilə bağlı düzgün qərarı yalnız Operativ Qərargahın məlumatı əsasında deyil, həm də Təhsil Nazirliyinin apardığı monitorinqin nəticələri əsasında qəbul etmək doğru olardı: "Nazirliyin hazırda təhsil müəssisələrində apardığı monitorinqlər nəticəsində neçə şagirdin kompüteri yoxdur, neçə şagirdin normal internet bağlantısı yoxdur, bütün bunlar araşdırılmalıdır. Düşünürəm ki, yalnız bu sualların cavabı əsasında təhsilin təşkili forması ilə bağlı daha doğru qərar qəbul etmək mümkün olardı.
Fikrimcə, Nazirliyin bu informasiyaları açıqlaması bu istiqamətdə gedən müzakirələri daha məhsuldar və faydalı edərdi".
Təhsil eksperti Anar Mustafazadə isə hesab edir ki, bizim cəmiyyətin böyük hissəsi öz taleyi ilə bağlı qərar verməkdə çətinlik çəkir. Buna görə də hər bir məsələyə münasibət ciddi, düşünülmüş yox, emosional olur:
"Belə məsələlər emosional müstəvidə həll oluna bilməz. Konkret əsaslandırılmış addımlar atılmalıdır. Təklif nəzəri cəhətdən əsaslandırılmış olmalıdır".
İndiki reallıqda ən uyğun variant seçiminə gəldikdə isə ekspert hesab edir ki, bunu Səhiyyə Nazirliyindən alınan rəsmi məlumatlar əsasında demək olar: "O məlumatların da dəqiqliyi şübhə altındadır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Avropa Azərbaycanın qapısını döyür” - Orxan Yolçuyev (MÜSAHİBƏ)
18:36 16.03.2026
Müsahibə
İki Türkiyə nəhəngi Levandovski üçün qarşı-qarşıya gəldi
18:20 16.03.2026
Futbol
İspaniya Aİ-nin Hörmüz boğazındakı missiyasında iştirak etməyəcək
18:13 16.03.2026
Dünya
Aİ Çin və İran şirkətlərinə sanksiya tətbiq edib
18:05 16.03.2026
Gündəm
Vilayət Eyvazov Bakıda sıra baxışı keçirib
18:02 16.03.2026
Ölkə
ABŞ Ordusu 12 ölkənin adını açıqladı - Siyahıda Azərbaycan da var
17:43 16.03.2026
Gündəm
Kobaxidze: Gürcüstan ATƏT-in tövsiyələrini nəzərə almayacaq
17:41 16.03.2026
Region
İran XİN: Yaxın Şərq ölkələrinə müharibə elan etməmişik
17:25 16.03.2026
Gündəm
Hörmüz boğazında 5 minlik qüvvə yetərli deyil - Rasim Musabəyov
16:53 16.03.2026
Müsahibə
AYNA: "Brutto müqavilə" sisteminin bu il tətbiqi nəzərdə tutulub
16:27 16.03.2026
Gündəm
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət