Dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanları keçirilib
Yusif Sultanoğlu
12:03 12.11.2023
Elm və Təhsil
622
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2023-cü il noyabrın 12-də inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və dövlət qulluğunda inzibati vəzifələrin A növünə aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçirib.
DİM-dən verilən məlumata görə, inzibati rəhbər vəzifələrə aid olan AB, AC imtahanı Bakı və Naxçıvan şəhərlərində keçirilib. İmtahan saat 10:00-da başlanıb və üç saat davam edib. İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahan keçirilən binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub.
İmtahan kompüter vasitəsilə təlimata uyğun olaraq üç saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub.
İmtahanda 73 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, AC1 altqrupu üzrə dörd nəfər, AC2 altqrupu üzrə dörd nəfər, AC3 altqrupu üzrə 11 nəfər, AC4 altqrupu üzrə 12 nəfər olmaqla, ümumilikdə 31 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
Bu gün həmçinin inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün də test imtahanı keçirilib.
AB, AC, BA vəzifə qrupları üzrə olan imtahan kompüter vasitəsilə keçirilib. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub.
Bu imtahanda 109 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, AB1 altqrupu üzrə iki, AB2 altqrupu üzrə üç, AB3 altqrupu üzrə bir, AB4 altqrupu üzrə bir, AC1 altqrupu üzrə dörd, AC2 altqrupu üzrə dörd, AC3 altqrupu üzrə iki, AC4 altqrupu üzrə iki, BA1 altqrupu üzrə yeddi, BA2 altqrupu üzrə 26, BA3 altqrupu üzrə 24, BA4 altqrupu üzrə 16 nəfər olmaqla, ümumilikdə 92 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
Elektron imtahanın nəticələri ilə bağlı Apellyasiya komissiyası 13-15 noyabr tarixlərində saat 14:00-dan 17:00-dək DİM-də fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299.
BB vəzifə qrupuna aid olan vəzifələr üzrə kağız daşıyıcılar vasitəsilə keçirilən imtahanın nəticələri iki gün ərzində elan olunacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm