Ekspert alimlə razılaşmadı: "Rus bölməsində təhsil alan şagird bilir ki..."
Banuçiçək Kalbalıyeva
13:20 24.02.2020
Elm və Təhsil
902
Filologiya elmləri üzrə fəlsəfə foktoru, dosent Şəmil Sadiq maraqlı təkliflə çıxış edib. O, mətbuatda dərc etdiyi yazısında qeyd edib ki, rus bölmələrində Azərbaycan dili fənninin saatı artırılmalıdır. Dilçi alimin fikrincə, dərs saatı az olduğuna görə şagirdlər bu fənnə ciddi yanaşmırlar:
“Dərs saatı az olduğundan şagirdlər bu fənnə qeyri-ciddi yanaşır, müəllimlər də məsələnin qarşısını almaqda acizdirlər. Digər tərəfdən də iki saata dil öyrətmək mümkün deyil, nəzərə alsaq ki, rus bölmələrində təhsil alan bəzi şagirdlər var ki, ana dilində bir kəlmə də bilmir, deməli, vəziyyət daha acınacaqlıdır”.
Ş.Sadiq həmçinin qeyd edib ki, rus dilli məktəblərdə Azərbaycan ədəbiyyatı və Azərbaycan tarixi fənləri Azərbaycan dilində tədris olunmalıdır. O, bunun üçün Qanunda düzəlişlərə ehtiyac olduğunu vurğulayıb. “2019-cu ildə qəbul edilən Təhsil Qanununun birinci fəslinin Tədris dili maddəsində deyilir ki, Azərbaycan Respublikasının təhsil müəssisələrində tədris dili dövlət dili - Azərbaycan dilidir.
... Tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatı, tarixi və coğrafiyası tədris olunmalıdır.
Qanun müzakirə olunanda da demişdim, indi də deyirəm ki, sonuncu bəndə hökmən “Tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatı, tarixi və coğrafiyası Azərbaycan dilində tədris olunmalıdır” yazılmalı idi. Buna baxmayaraq Təhsil Nazirliyinin indi də haqqı və gücü var ki, tədris planlarını təsdiq edəndə bu cür edə bilər”.
Təhsil eksperti Nabatəli Qulamoğlu isə Sherg.az-a açıqlamasında bu fikirlə razılaşmadığını deyib:
“Şəmil müəllim dilçidir. Onun da öz fikirləri ola bilər. Ancaq, şəxsən mən düşünürəm ki, buna ehtiyac yoxdur. Çünki rus bölməsində təhsil alan şagird bilir ki, gələcək karyerasını da rus dilində davam etdirəcək. Əlbəttə, ana dilini bilməlidir. Amma, Azərbaycan dilini bütün incəliklərə qədər mənimsəməməsi də qəbahət deyil. Çünki gələcəkdə onsuz da bütün rəsmi dialoqları, sənədləşmə işlərini rus dilində aparacaq”.
Təhsil eksperti Ş.Sadiqin digər fikri ilə razı olduğunu deyir:
“Şəmil müəllim ədəbiyyat və tarix fənni məsələsində haqqlıdır. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, rus dilli məktəblərdə oxuyanlar tədrisi Azəbaycan dilində tam başa düşməlidirlər. Bunun üçün isə, ola bilsin, hansısa korrektələrə ehtiyac olsun. Məsələn “Kitabi-dədə Qorqud” dastanının qəliz hissələri ixtisar edilməlidir ki, rus dilli şagird onu Azərbaycan dilində anlaya bilsin”.
Ş.Sadiq yazısında son illər rus dilli məktəblərə üz tutanlarının sayının çox olmasına diqqət çəkir. Təhsil ekspertinin fikrincə isə bu, bir neçə əsas səbəblə bağlıdır:
“Əvvəla, Azərbaycanın siyasi sistemi Rusiya siyasi sisteminə yaxınlaşdığına görə bu dilə maraq artır. İkincisi, rus dili beynəlxalq aləmdə daha çox tanınır, istifadə olunur. Həm də bir çoxumuz rusca ünsiyyətdə çətinlik çəkmədiyimizə görə övladlarımızı tərəddüdsüz rus bölmələrinə yazdırırıq. Ən əsas səbəb isə ondan ibarətdir ki, rus bölmələrində tədrisin keyfiyyəti Azərbaycan bölmələrinə nisbətən daha yaxşıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Husilər Ər-Riyada hücum etdilər
13:42 20.10.2026
Dünya
“Barselona” “Mançester Yunayted”in müdafiəçisi ilə maraqlanır
13:28 20.10.2026
Futbol
Kallas Qara dənizdə hücumlara moratorium qoyulmasını tələb etdi
13:23 20.10.2026
Gündəm
Bağçalı: Türk dünyasının birliyini dosta-düşmənə göstərəcəyik
13:15 20.10.2026
Gündəm
Paşinyan ölkə vətəndaşlarını etirazlara çağırdı
12:35 20.10.2026
Region
Vens: Ukrayna NATO-ya üzv olmamalıdır
12:09 20.10.2026
Dünya
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
11:57 20.10.2026
Hadisə
Azərbaycanda bu şəxslər pensiyaya 20 il tez çıxa bilər
11:39 20.10.2026
Sosial
ABŞ-nin müharibə naziri Netanyahu ilə gizli görüş keçirib
11:13 20.10.2026
Dünya
Qəzzada 500 min fələstinliyə ərzaq yardımı dayandırılır
10:48 20.10.2026
Dünya
Kim Çen Inin səhhəti ilə bağlı şayiələr yayılıb
10:35 20.10.2026
Dünya
Məşhur meyxanaçı vəfat etdi - Foto
10:20 20.10.2026
Hadisə
Rusiya ayıları NATO ölkələrinə “hücum”a keçdilər
10:17 20.10.2026
Dünya
Ağ Ev sözçüsü vəzifəsində cəmi 5 gün qaldı
10:02 20.10.2026
Dünya
Qripdən sonra infarkt riski 16 dəfə arta bilər
09:54 20.10.2026
Sağlamlıq