
Ekspert: DİM-in qəbul mexanizmi təcili olaraq dəyişilməlidir
Yusif Nəzərli
06:25 09.01.2024
Elm və Təhsil
907
Ali məktəblərə qəbul imtahanı qruplar yox, ixtisaslar üzrə aparılmalıdır
“Test tapşırıqlarını hazırlamaq səlahiyyəti DİM-dən alınmalı və tapşırıqları hazırlamaq üçün Prezident yanında və yaxud Nazirlər Kabineti yanında Xüsusi Testologiya İnstitutu yaradılmalıdır”
Abituriyentləri düşündürən əsas məsələlərdən biri bu il ixtisaslar üzrə keçid ballarının enmə və artması hallarının olub-olmaması ilə bağlıdır.
Ekspertlər isə hesab edir ki, 2024-cü il ali təhsil müəssisələrinə qəbul imtahanlarının əhatə dairəsinə görə əvvəlki illərdən fərqlənəcək.
Dövlət Proqramı çərçivəsində ali təhsil müəssisələrinə qəbulda plan yerlərinin artacağı da gözlənilir.
Sözügedən məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, 2024-cü ildə keçiriləcək imtahanlarda nəticələrin yaxşılaşması keçid ballarına təsir edəcək:“Pandemiya və müharibə dövrü ötən illərdə abituriyentlərin nəticəsinə müəyyən qədər təsir etmişdi. Lakin 2024-cü ildə imtahan verən abituriyentlər 2021, 2022 və 2023-cü ildə normal qaydada hazırlıq keçdikləri üçün onların nəticələrində artım gözlənilir. Bu hal isə keçid ballarına az da olsa təsir edə bilər. Əsasən yüksək ballı ixtisaslarda, yaxud daha çox əmək bazarında tələb olunan prestijli ixtisaslarda keçid ballarının artması müşahidə oluna bilər”.
Ekspert qeyd edib ki, bu il ixtisaslar üzrə keçid ballarında enmələr olacaq: “Bunun isə səbəbi abituriyentlərin nəticələrinə görə deyil, məhz plan yerlərinin artımı ilə əlaqədardır. Növbəti tədris ilində aparılacaq qəbul imtahanlarının keçid ballarında müəyyən qədər enmələrin müşahidə olunması artırılacaq plan yerlərinə uyğun olacaq. Hesab edirəm ki, 2024-cü ildə maksimum bal toplayan 1 və 2 nəfər ola bilər. Təbii ki, buna tam əmin ola bilmərik. Amma düşüncələrimiz bu yöndədir”.
Təhsil eksperti Elşən Qafarov isə “Sherg.az”a açıqlamasında deyib ki, Dövlət İmtahan Mərkəzinin qəbul mexanizmi dəyişilməlidir. Ekspertin fikrincə, DİM-in qruplar üzrə qəbul mexanizmi Azərbaycan gəncinə arzuladığı və istədiyi ixtisas üzrə ali məktəbə daxil olma imkanı yaratmır, abituriyentlərin bu hüququnu məhdudlaşdırır:
“Ali məktəblərə qəbul imtahanı qruplar yox, ixtisaslar üzrə aparılmalıdır. Hesab edirəm ki, test tapşırıqlarını hazırlamaq səlahiyyəti DİM-dən alınmalı və tapşırıqları hazırlamaq üçün Prezident yanında və yaxud Nazirlər Kabineti yanında Xüsusi Testologiya İnstitutu yaradılmalıdır. Bilirsiniz ki, 2022-26-cı illər İnkişaf Konsepsiyasında təhsillə bağlı əsas məsələlərdən biri illik tələbə qəbulunun 75 min nəfəri əhatə etməsi ilə bağlı hədəfdir. İndiyə qədər 45 min nəfər idi. 2023-2024-cü tədris ilində plan yeri 11 min artaraq 56 minə çatdırıldı. Növbəti il 66, 2026-2027-ci tədris ilində tələbə qəbulunun 75 min nəfəri əhatə edəcəyi gözlənilir. Plan yerlərinin sayı artdıqca keçid ballarının da aşağı düşməsi gözləniləndir”.

Hansı ixtisaslar üzrə tələbə yerlərinin sayının artacağına gəldikdə isə təhsil eksperti deyib ki, ölkə başçısının 2020-ci ildə imzaladığı sərəncama əsasən, əmək bazarının öyrənilməsi ilə bağlı iki elmi-tədqiqat institutunun yaradılması nəzərdə tutulub:
“Əmək bazarında tələbat olan ixtisaslar həmin institutlar tərəfindən araşdırılacaq və tələbə yerləri də məhz həmin nəticələrə uyğun artırılacaq. Hesab edirəm ki, plan yerlərinin artırılması ilə paralel kadr hazırlığının təkmilləşdirilməsi istiqamətində də real addımlar atılmalıdır. Yerli əmək bazarını təmin edəcək kəmiyyətdə deyil, beynəlxalq əmək bazarına uyğunlaşdırılacaq səviyyədə kadr hazırlamaq lazımdır. Bunun üçün də ali məktəblərin kadr hazırlığı prosesində dönüş yaranmalı, tədrisin təşkilinin məzmununda ciddi dəyişikliklər edilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial
Brüsseldə keçiriləcək Aİ sammitində büdcədə irəliləyiş gözlənilmir
10:55 15.10.2026
Gündəm