Ekspert: Magistraturaya qəbulda İKT bilikləri yoxlanmalıdır
Ekspert: Magistraturaya qəbulda İKT bilikləri yoxlanmalıdır
10:17 18.01.2024
Elm və Təhsil
602
Nəzəri testlərlə yanaşı, praktiki tapşırıqlar üçün də mexanizm olmalıdır
Magistraturaya qəbul imtahanının (I cəhd) 2024-cü il fevralın 11-də keçirilməsi nəzərdə tutulur. İmtahanda iştirak etmək istəyənlərin elektron sənəd qəbulu yanvarın 15-dən 29-dək aparılacaq.
Qeyd edək ki, magistratura səviyyəsinə qəbul imtahanında bakalavrların məntiqi təfəkkürü, xarici dil və informatikadan bilik səviyyəsi yoxlanılır və DİM tərəfindən qoyulan şərtləri ödəyənlər ixtisas seçimində iştirak etmək imkanı əldə edirlər.
Onu da deyək ki, magistratura səviyyəsinə qəbul zamanı bakalavrların informatikadan bilik səviyyəsinin yoxlanılması bəzi narazılıqlara səbəb olub.
Magistraturaya qəbul imtahanında informatika fənninin olmasını qeyri-səlis məntiqin nümunəsi hesab edən şəxslər sosial şəbəkələrdə bu mövzuda polemika açıb. Qeyd ediblər ki, İnformatikanın əvəzinə Azərbaycan dilini daxil etsələr, daha məntiqli olardı. Bu fikirlərini isə “bakalavrı bitirib Azərbaycan dilini səlis bilməyən çox məzun var” kimi ifadələrlə əsaslandırıblar.
Dünyada günbəgün texnologiyaya marağını artdığını vurğulayan təhsil eksperti Elşən Qafarov isə "Sherg.az"a açıqlamasında deyib ki, dövrümüzdə informasiya texnologiyalarına marağın artması onu deməyə əsas verir ki, bu günləri hər bir şəxsin informatika ilə bağlı ilkin təməl biliklərə sahib olması labüddür:
"Magistratura ali təhsilin ikinci səviyyəsi olmaqla elmi-pedaqoji kadr hazırlığını həyata keçirir. Ali təhsilin bu pilləsi elmi kadrlar üçün bir növ tramplin sayılır. Elmi-pedaqoji kadrlar isə elmi tədqiqat institutlarında, ali təhsil müəssisələrində, Elmlər Akademiyasında birbaşa tədris prosesinə və ya tədqiqat işlərinə cəlb edilir. Həmin kadrların informasiya texnologiyalarını bilməsi çox vacib, hətta günün tələbidir. Bu səbəbdən də magistraturaya qəbulun birinci mərhələsində bakalavrların İKT biliklərinin yoxlanılması doğru addımdır. Hesab edirəm ki, nəzəri testlərlə yanaşı, praktiki tapşırıqlar üçün də mexanizm olmalıdır. Test tapşırıqları arasından informatika fənninin çıxarılıb, Azərbaycan dili və yaxud başqa bir fənnlə əvəzlənməsi məqsədəuyğun deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial