
Ekspert: Şəhidin ailə üzvü məsələsi bir çox hallarda problemlər yaradır
10:12 29.03.2024
Elm və Təhsil
695
Təklif edilir ki, şəhid ailə üzvləri deyil, yalnız şəhid övladı özəl ümumtəhsil müəssisəsində oxumaq istəsə, bu, dövlət hesabına qarşılansın və bununla bağlı “Təhsil haqqında” qanunda dəyişiklik edilsin.
APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Təhsil haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı parlamentin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.
Deputat bildirib ki, aidiyyəti qurumlar tərəfindən bu təklifə baxıla bilər: “Bu təklif komitə iclasında da qaldırılmışdı”.
Deputat Musa Quliyev isə şəhid ailə üzvləri və valideyn himayəsindən məhrum olan uşaqlar üçün 23 yaş məhdudiyyətinin aradan qaldırılmasını təklif edib: “Müharibə veteranları istədiyi vaxt təhsil ala bilir. Amma şəhid ailə üzvləri və valideyn himayəsindən məhrum olan uşaqlar üçün bu imkan yoxdur. Onlar yalnız 23 yaşa qədər dövlət hesabına təhsil ala bilirlər. Bu məhdudiyyət aradan qaldırılmalıdır”.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc da 23 yaş məsələsinə toxunub:
“Bu qanun layihəsi dövlətin əsas sosial simasını bildirir. Hər iki valideynini itirən şəxs 23 yaşı tamam olmaq ərəfəsində magistratura təhsilinə başlayıb, bizim qanunvericilikdə güzəşt həmin yaşa qədərdir. Bu, artıq birinci ilini güzəştlə bitirib, ancaq ikinci ilində bu güzəştdən faydalanmaq şansı yoxdur. Təklif edirəm ki, qanuna bu şəxslərin təhsilini güzəştlə başladığı kimi davam etdirməsinə dair müddəa əlavə edək”.
Təhsil eksperti Elçin Əfəndi "Sherg.az" a bildirib ki, şəhidin ailə üzvü məsələsi bir çox hallarda problemlər yaradır:

"Bəzən şəhidin bacı-qardaşının yoldaşı və yaxud övladları iddia qaldırırlar. Bunun qarşısını almaq üçün qanunvericiliyə yenidən baxılmasına ehtiyac var. Şəhidin ailə üzvləri dedikdə, ata, ana, şəhidin həyat yoldaşı və uşaqları nəzərdə tutulur. Qardaş, bacı isə evləndikləri üçün başqa ailənin üzvü hesab olunur. Onların bu imtiyazdan yararlanması doğru deyil. Çünki növbəti dəfə bacının, qardaşın övladları və yoldaşı şəhidin adından istifadə etməyə başlayır. Düşünürəm ki, ailə üzvü kimi şəhidin ata və anası da verilmiş bu imtiyazdan yararlanmalıdır. Ola bilər ki, valideynlər gəncdilər və yaxud yaşa baxmayaraq, təhsil almaq istəyir. Buna görə də güzəşt edilməlidir. Çünki həmin ata-ana əziyyətlə övlad böyüdərək dövlətin, millətin mənafeyi naminə oğul qurban verirsə, mükafatlandırılmalıdır. Şəhid ailə üzvləri və valideyn himayəsindən məhrum olan uşaqlar üçün 23 yaş məhdudiyyətinə gəldikdə isə əsasən, şəhid ailə üzvlərinə qoyulan yaş məhdudiyyəti aradan qaldırılmalıdır. Valideyn himayəsindən məhrum olmuş uşaqlarda isə bu tələb qüvvədə saxlanmalıdır. Ona görə ki, 18 yaşdan sonra hər bir şəxs müstəqil həyata başlayır və istədiyi şəraiti özü qura bilər. Bunun üçün dövlət hər cür şərait yaradır. Bu yaş mədudiyyətinin aradan qaldırılması bir növ onları geriyə salacaq. Əksər valideynlərə bu vəziyyət sərf edəcək və övladlarını valideyn himayəsindən məhrum edəcəklər. Düşünürəm ki, faktiki qoyulan yaş normaldır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ və Yaponiya liderləri telefonla danışıb
20:22 15.05.2026
Dünya
"Şəfa" Premyer Liqaya vəsiqə qazanıb
19:57 15.05.2026
Futbol
Venesuelada dövlət neft şirkətinin müəssisəsində yanğın baş verib
19:48 15.05.2026
Dünya
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 2951-ə çatdı
19:40 15.05.2026
Dünya
CENTCOM: ABŞ Hörmüz boğazında 75 ticarət gəmisini saxlayıb
19:33 15.05.2026
Dünya
WUF13 nəqliyyat sistemi fəaliyyətə başlayıb
19:01 15.05.2026
Cənubi Qafqaz
Ərdoğan Əhməd Yəsəvi məqbərəsinə qədim əlyazma Quran bağışlayıb
18:54 15.05.2026
Dünya
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya