Gözü maaşda olan müəllim bir şey öyrətməz
06:20 26.12.2020
Elm və Təhsil
737
Sadəcə olaraq şərait yaratmaq lazımdır ki, əməklərini bazara çıxara bilsinlər
2021-ci ilin dövlət büdcəsi layihəsi ətrafında müzakirələr zamanı deputat Aydın Mirzəzadə qeyd edib ki, sənəd yüksək səviyyədə hazırlanıb. O vurğulayıb ki, Xankəndi şəhərinin hüquqi statusu müəyyən edilməli, habelə nazirliklər bu şəhərdə yerli strukturlarını açmalıdır. Deputat bildirib ki, növbəti bir neçə ildə hərbi sahəyə ayrılan vəsait yüksək səviyyədə olmalıdır: “Azərbaycanda hərbçi, müəllim və həkimlər yüksək maaş almalıdır. Dünən elan edildi ki, səfərbərliyə çağırılan şəxslər 400 manat maaş alacaq. Bu, müsbət haldır”.
Müəllimlərin maaşlarının artırılması təklifinə münasibət bildirən təhsil eksperti Nabatəli Qulamoğlu “Şərq”ə açıqlamasında bildirib ki, ümumiyyətlə, müəllimin, yaxud digər işçilərin maaşı haqqında bir az fərqli düşünür. Ekspert deyib ki, kimsə müəllimin maaşını artırmalıdır:
“Çünki müəllimin gözü həmişə həmin adamın əlində olacaq və bu, qətiyyən düzgün yanaşma deyil. Müəllimlik də bir peşədir, digər peşə ustaları kimi. Sadəcə ayaqqabı ustasını götürək. Heç kim onun üçün maaş artırmır və yaxud da başqa ustalar. Müəllim də pedaqoji ustadır, yəni o, öyrətmə ustasıdır. Öyrətmə ustası üçün yalnız keyfiyyətli şərait yaratmaq lazımdır. Onun üçün təhsil bazarı yaratmaq daha məqsədəuyğundur. Həmin təhsil bazarı sayəsində müəllim biliyini, pedaqoji qabiliyyətini çıxaracaq və bazarda sata biləcək. Yalnız və yalnız bu yolla müəllimin marağını təmin etmək olar. Yoxsa əgər gözləsə ki, kimsə maaşımı artıracaq, istər Nazirlər Kabineti olsun, istərsə də Prezident olsun, o müəllim daim asılı vəziyyətdə olacaq. O nöqteyi-nəzərdən hesab edirəm ki, hər hansı bir ölkədə pedaqoqlar üçün normal şərait yaranmalıdır ki, onlar özü-öz qabiliyyəti ilə əməyinin qarşılığını, yəni pulunu qazana bilsin”.
Təhsil eksperti vurğulayıb ki, təəssüf ki, biz də belə bir şərait yoxdur:
“Sadəcə bir misal deyim. Deyək ki, Azərbaycan iqtisadiyyatının hardasa 90 faizi özəl əllərdədir. Amma Azərbaycan təhsilinin 90 faizi dövlət sektoruna aiddir. Təsəvvür edin ki, dövlət sektoru bütün müəllimin azadlığını, qabiliyyətini buxovlayan bir sektordur. Özəl sektora, sektorlararası rəqabətə, eyni zamanda sektordaxili rəqabətə, inkişafa şərait yaratmaqla müəllim özü öz əmək haqqını qazanacaq. Eyni zamanda, digər vacib problem də həll olunacaq. Öz peşəsinin öhdəsindən gəlməyi bacarmayan müəllimlər artıq o təhsil bazarını tərk etməyə məcbur olacaqlar. Heç kim deyə bilməyəcək ki, filan müəllim savadsızdır, məktəbdə dərs deyir. Avtomatik şəkildə valideynlər müəllimi seçəcək. Hansı müəllim bacarıqlıdır, istifadə edib hər kəs yararlanacaq. Bax budur yolu!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa və NATO ölkələrinin İrana müdaxiləsi gözlənilmir -TƏHLİL
19:44 23.03.2026
Dünya
İran İsrailin Tel Nof hava bazasına zərbə endirib
19:30 23.03.2026
Dünya
Avropa buna görə ABŞ-ı dəstəkləməlidir - Bolton
19:21 23.03.2026
Dünya
Moskvaya uçan Paşinyanın təyyarəsini PUA ilə vurmağa çağırdılar
19:12 23.03.2026
Dünya
ABŞ ilə İranın hazırda münaqişəni başa çatdırmaq imkanı var -Tramp
19:03 23.03.2026
Dünya
Fidan və İshaq Dar Trampın son bəyanatını müzakirə ediblər
18:43 23.03.2026
Gündəm
Tramp İrandan zənginləşdirilmiş uranı istəyəcəklərini bildirib
18:35 23.03.2026
Dünya
Tramp: Müctəba Xameneinin ölməyini istəmirəm
18:19 23.03.2026
Gündəm
ABŞ Prezidenti: Bu gün İran tərəfi ilə telefonla danışacağıq
18:05 23.03.2026
Dünya
Qalyan: Artıq müharibədən söhbət getmir
17:31 23.03.2026
Cənubi Qafqaz
Qohumların bezdirici cümlələri - Çoxu qarşılaşır
17:24 23.03.2026
Cəmiyyət
Bitməyən yorğunluğun səbəbi: Zehni “açıq səhifələr”
17:13 23.03.2026
Sağlamlıq
“Al Jazeera”: İran geri addım atmağa hazırdır
16:45 23.03.2026
Region
Trampın bu açıqlamasından sonra neft kəskin ucuzlaşdı
16:22 23.03.2026
Dünya