İmtahan asan keçib: Ballar qalxacaq?
Yusif Nəzərli
13:31 18.03.2024
Elm və Təhsil
1265
Martın 17-də keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında istifadə edilən test tapşırıqlarının doğru cavab etalonları açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən APA-ya verilən xəbərə görə, 2024-cü il martın 17-də keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları ilə buradan tanış olmaq mümkündür.
Qeyd edək ki, hazırda imtahan materiallarının emalı aparılır. Yazılı cavab verilməsi tələb olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən buraxılış imtahanının nəticələrinin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur.
Sual yaranır ki, bu il keçirilən buraxılış imtahanlarında sual formaları necə tərtib olunub və balların qalxma ehtimalı var?
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri “Sherg.az”a söyləyib ki, ümumi olaraq 150 minə yaxın şagird buraxılış imtahanlarında iştirak edib:
"Sosial şəbəkələrdə cəmiyyət tərəfindən belə bir fikir formalaşdı ki, ötən ildən fərqli olaraq bu il suallar asan tərtib olunub. Təbii ki, bunun əksini iddia edənlər də var. Fikrimcə, bu deyilənlərin heç biri həqiqəti əks etdirmir. Belə ki, Dövlət İmtahan Mərkəzinin idarə heyyətinin sədri Məleykə Abbaszadə qeyd etdi ki, ötən illə müqayisədə bu il açıq, stiuasiya tipli sualların cavabları daha dolğun və effektiv olub. Uzun illər qapalı suallardan istifadə olunub və cəmiyyət olaraq buna öyrəşmişdik. Sonradan yaradılan yeni imtahan modeli şagirdlərə çox çətinliklər yaratdı. İmtahanda düşən açıq sualların çoxu boş qaldı. Artıq bu tip suallara alışdığımıza görə, bizə elə gəlir ki, suallar daha asan salınıb. Buraxılış imtahanlarında cavabların gec çıxmasının səbəbi isə açıq suallara cavab verənlərin sayının çoxalmasıdır. Burada yoxlamalar kompüterlər deyil, insanlar tərəfindən həyata keçirilir. Böyük ehtimal növbəti il də söyləyəcəklər ki, əvvəlki illərdən fərqli olaraq indi suallar daha asan düşüb. Balların qalxması isə nisbidir. Yəni, bu ayrılan plan yerləri və ixtisas seçimində iştirak edən abituriyentlərin sayına bağlıdır. Say nisbəti bəlli olmasa, hansısa ixtisasın keçid balının qalxıb-enməsi haqda fikir bildirə bilmərik. Təəssüflənirəm ki, özünə ekspert deyənlər, təhsildən anlayışı olmayanlar "tutdu qatıq, tutmadı ayran" prinsipi ilə hərəkət edənlər deyirlər ki, ballar qalxacaq. Maraqlıdır, nəyə dair belə qərara gəliblər? Axı, bunun mexanizmi mövcuddur. Bəzi detallar bilinmədən heç DİM fikir bildirə bilməz".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ və Yaponiya liderləri telefonla danışıb
20:22 15.05.2026
Dünya
"Şəfa" Premyer Liqaya vəsiqə qazanıb
19:57 15.05.2026
Futbol
Venesuelada dövlət neft şirkətinin müəssisəsində yanğın baş verib
19:48 15.05.2026
Dünya
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 2951-ə çatdı
19:40 15.05.2026
Dünya
CENTCOM: ABŞ Hörmüz boğazında 75 ticarət gəmisini saxlayıb
19:33 15.05.2026
Dünya
WUF13 nəqliyyat sistemi fəaliyyətə başlayıb
19:01 15.05.2026
Cənubi Qafqaz
Ərdoğan Əhməd Yəsəvi məqbərəsinə qədim əlyazma Quran bağışlayıb
18:54 15.05.2026
Dünya
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya