"Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyindəki çıxışı mühüm prioritetləri özündə ehtiva etməklə yanaşı vacib yol xəritəsi idi".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” adlı konfransda AMEA-nın prezidenti İsa Həbibbəyli deyib.
O qeyd edib ki, ölkə başçısının çıxışında müasir dövrün reallıqları bir daha açıq şəkildə bəyan edildi: “Bu gün Azərbaycan dilinin qorunması istiqamətində qarşıya mühüm vəzifələr qoyulub. Eyni zamanda süni intellekt və digər məsələlərlə bağlı ortaya qoyulan nəticələr mühüm müddəaları özündə birləşdirir”.
AMEA prezidenti bildirib ki, dövlət başçısının yubiley tədbirlərində çıxışı əsasında vacib istiqamətlər müəyyənləşib: “Bu kontekstdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ana dili siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir”.