Jurnalistin oğlu böyük uğura imza atıb: Başlanğıc əmək haqqı 88200 dollardır
11:58 15.03.2020
Elm və Təhsil
1277
Jurnalist Şahvələd Çobanoğlunun oğlu Abutalıb Namazov dünyanın ən nüfuzlu universitetlərindən birinə Massachusetts İnstitute of Technology (MİT) Computer Science ixtisasına qəbul olub.
Bu barədə məlumatı iqtisadi ekspert Qubad İbadoğlu şəxsi feysbuk hesabında paylaşıb.
Ekspert paylaşımında universitet barədə də məlumat verib. O bildirib ki, sözügedən təhsil ocağını bitirən məzunlar üçün başlanğıc əmək haqqı 88200 dollardır:
"MİT Massachusetts ştatının Boston ərazisinin Kembric şəhərində yerləşən kiçik özəl məktəbdir. Bakalavr tələbələrinin sayı 4510 nəfərdir. Bu universitetdə təhsil haqqı 53,790 dollardır. Qəbul olunma dərəcəsi 7 faizdir. Kompyuter elmləri, Mexaniki mühəndislik və Riyaziyyat ən populyar ixtisasıdır. Tələbələrinin Universiteti bitirmə faizi 94-dür. Bu Universiteti bitirən məzunlar üçün başlanğıc əmək haqqı 88200 dollardır. ABŞ-ın 1 nömrəli kompyuter elmləri məktəbi bu institut hesab olunur. MIT Quacquarelli Symonds (QS) 2019-20-ci il reytinqində dünya üzrə 1-ci, Times Higher Education 2020 reytinqində dünya üzrə 5-ci yerdədir".
Xatırladaq ki, Abulatıb bu ilin yanvar ayında Qazaxıstanın Almatı şəhərində keçirilən 16-cı Beynəlxalq Jautikov Olimpiadasında (IZhO) informatika fənni üzrə Azərbaycan məktəbliləri arasında yeganə qızıl medalı qazanmışdı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prokuror Rüfət Səfərova cəza istədi
17:49 18.05.2026
Ölkə
AzTV əməkdaşları planetin ən aqressiv qəbiləsində - VİDEO
17:09 18.05.2026
Cəmiyyət
Paşinyanı hədələyənlərə qarşı cinayət işi açıldı
17:06 18.05.2026
Gündəm
Azərbaycan dili fənni üzrə imtahanın nəticələri elan olundu
16:23 18.05.2026
Elm və Təhsil
Sərgən Yalçın "Beşiktaş"dan getdi
16:17 18.05.2026
Futbol
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü oldu
15:55 18.05.2026
Gündəm
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya
İran bu şirkətləri hədələdi: İnterneti kəsəcəm!
15:04 18.05.2026
Region
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya