"Kapital Bank" tələbələr üçün yeni layihə təqdim etdi
Yusif Nəzərli
07:37 01.04.2022
Elm və Təhsil
611
Təhsil inkişafına və gənclərin karyera inkişafına böyük önəm verən "Kapital Bank" ASC ali məktəb tələbələri üçün yeni layihəyə başladı. Bu dəfəki layihədə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) və ADA-nın tələbələri iştirak edib, qalib ola bilərlər.
Şərtlərə görə komanda şəklində yığılan tələbələr maraqlı ideyalarını təqdim edib, qalib olmaq uğrunda mübarizə aparacaqlar. Layihə çərçivəsində toplanan ideyalar daxili ekspert qrupu tərəfindən dəyərləndiriləcək və hər birində maksimum 3 nəfər olmaqla ümumilikdə 15 komanda növbəti mərhələyə adlayacaq.
Layihənin sonunda qalib gələn komanda xüsusi sertifikat və pul mükafatı ilə təltif olunacaqlar, həmçinin ölkə üzrə ən çox sayda əməkdaşı olan "Kapital Bank"da təcrübə proqramı keçmək şansı qazanacaq. 10 aprel 2022-ci il tarixinədək ideyalarını təqdim etmək istəyənlər https://kbl.az/birideyamvar saytında olan formanı dolduraraq, müraciət edə bilərlər. Layihə ilə bağlı sualları DL_birideyamvar@kapitalbank.az mailinə ünvanlamaq olar.
"Kapital Bank" həm ADA, həm də UNEC ilə bir neçə il əvvəl əməkdaşlıq memorandumu imzalayıb. Bu sənədə görə il ərzində hər iki ali məktəbdə “Karyera günləri”, müxtəlif konfranslar, təcrübə proqramlı və başqa tədbirlər təşkil olunur. Bundan başqa gənclərin ideyalarını qiymətləndirmək üçün ötən ay "PAŞA Holdinq" MMC ilə birgə “PASHA HACKATHON” layihəsi keçirilib. Bu kimi layihələr gənclərin karyera inkişafına müsbət töhfə verir.
Ölkənin I bankı olan "Kapital Bank" "PAŞA Holdinq"ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 105 filialı və 23 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, "BirKart" sifarişi üçün – https://kbl.az/tkstcrd.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub
16:14 18.10.2026
Futbol
Makron xalqa müraciət edəcək
15:56 18.10.2026
Gündəm
Müdafiə naziri: Ukrayna müharibədə heç vaxt qalib gələ bilməyəcək
15:37 18.10.2026
Dünya
Seldə itkin düşən Türkmənistan vətəndaşının meyiti tapılıb
15:17 18.10.2026
Hadisə
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə