Kəsiri olan tələbələrin təqaüdləri ilə bağlı yeni AÇIQLAMA
09:00 13.03.2020
Elm və Təhsil
796
Təhsil Nazirliyi son günlər kəsiri olan tələbələrə təqaüd verilməyəcəyi məsələsinə aydınlıq gətirib.
APA-nın məlumatına görə, Təhsil Nazirliyinin Elm Sektorunun müdiri Əfqan Abdullayev bildirib ki, tələbə təqaüdləri ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur: "Nazirlər Kabinetinin 4 mart 2020-ci il 78 saylı qərarında göstərilir ki, cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə, eləcə də üzrsüz səbəbdən imtahanda iştirak etmədiyinə görə akademik borcu yaranmış və akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək həmin fənni dinləmədən imtahan verərək və ya yay semestrində dinləyərək müvəffəq qiymət almış tələbə növbəti semestrdə təqaüd almaq hüququ olan tələbələrin siyahısına daxil edilmir. Bu, o deməkdir ki, tələbə semestr ərzində dərsə gəlmirsə, cari qiymətləndirməni almır və imtahana buraxılmır, kəsiri yaranır.
Aralıq qiymətləndirmə olmur, deməli, imtahanla cari qiymətləndirmə bir yerdə alınmır və üzrsüz səbəbdən imtahanda iştirak etmir. Əgər bu tələbənin heç bir göstəricisi yoxdursa, deməli onun akademik borcu yaranır. Akademik borcu yaranan tələbə isə növbəti semestrdə təqaüd almaq hüququnu itirir və o, təqaüd alan tələbələrin siyahısına daxil edilmir. Ötən ilin mart ayından Prezidentin sərəncamı ilə ödənişli yerlərin sayı artırılıb. Həmçinin təqaüd alan tələbələrin sayı 20 faiz artırılıb. Ancaq son zamanlar yayılan məlumatlara görə, guya tələbələr təqaüddən məhrum edilir”.
Ə.Abdullayev qeyd edib ki, tələbələr təqaüddən məhrum edilmir, təqaüd alan tələbələrin sayı olduğu kimi qalır: “Sadəcə olaraq göstərilən səbəblərdən kəsirləri yaranan tələbələr təqaüd alan tələbələr siyahısına daxil edilmirlər. Əgər növbəti semestrlərdə onların heç bir akademik borcu olmasa, şübhəsiz ki, həmin tələbələr digərləri kimi təqaüd almaq hüququna malik olacaqlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prokuror Rüfət Səfərova cəza istədi
17:49 18.05.2026
Ölkə
AzTV əməkdaşları planetin ən aqressiv qəbiləsində - VİDEO
17:09 18.05.2026
Cəmiyyət
Paşinyanı hədələyənlərə qarşı cinayət işi açıldı
17:06 18.05.2026
Gündəm
Azərbaycan dili fənni üzrə imtahanın nəticələri elan olundu
16:23 18.05.2026
Elm və Təhsil
Sərgən Yalçın "Beşiktaş"dan getdi
16:17 18.05.2026
Futbol
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü oldu
15:55 18.05.2026
Gündəm
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya
İran bu şirkətləri hədələdi: İnterneti kəsəcəm!
15:04 18.05.2026
Region
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya