Küçə uşaqlarını təhsilə cəlb etmək mümkündürmü?
15:54 16.02.2020
Elm və Təhsil
803
Kəmalə Ağazadə: "Sənədi olmayan uşaqları təhsilə cəlb etmək prosedurunu mənə desinlər, çox sevinərəm"
Küçə uşaqları təhsilə cəlb ediləcək. Bu barədə KİV-ə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev bildirib. R.Tağıyev deyib ki, birgə əməkdaşlıq çərçivəsində küçə həyatına məruz qalmış uşaqların təhsilə cəlb edilməsi və onların təhlükəsizliyinin təmin olunması məqsədilə təsirli tədbirlər görülür:
"Təhsildən yayınan uşaqların məktəbə cəlb olunması ilə bağlı internet klublarda mütəmadi olaraq reydlər keçirilir. Qeyd olunan məsələlərlə bağlı bilavasitə məktəblərdə həmin uşaqlar və onların valideynləri ilə profilaktik işlər aparılır".
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məsələ ilə bağlı açıqlamasında "sənədi olmayan uşağı təhsilə necə cəlb edirlər, bunu açıqlasınlar, çox sevinərəm" söylədi:
- Küçə uşaqlarının təhsilə cəlb edilməsi işi aparılırsa, bu, çox yaxşı haldır. Amma bir uşağın sənədi yoxdursa, onu təhsilə necə cəlb etmək olar?! Bizim sığınacaqda qalan Xatirə adlı qızımız var. Biz onu məktəbə qoymaq istəyirdik, təhsil naziri dedi ki, sənədi yoxdur, mümkün deyil. Biz o qızımızı dinləyici kimi məktəbə göndərə bildik. Hazırda sığınacaqda Quba rayonundan 2 uşaq, paytaxtdan da 2 uşaq var. Onları sığınacağa polis əməkdaşları gətirib. Təhsildən yayınan uşaqlardır. Reyd zamanı aşkarlayıblar. Amma nə doğum haqqında şəhadətnamələri var, nə də ümumiyyətlə hansısa bir sənədləri. Buna görə də biz onları təhsilə cəlb edə bilmirik. Sənədi olmayan uşaqları təhsilə cəlb etmək prosedurunu mənə desinlər, çox sevinərəm.
K.Ağazadə qeyd etdi ki, sənədsiz uşaqların problemi Ədliyyə Nazirliyi və hüquq-mühafizə orqanları tərəfindən həll edilməlidir:
- Əvvəlcə bu uşaqların valideyni tapılmalıdır. Valideyn yoxdursa, uşağa qəyyum təyin edilməlidir. Bu, çox geniş bir prosedurdur. Uşağın valideynlərindən heç olmasa biri müəyyən edildikdə, iş xeyli asanlaşır. Ananın şəxsiyyət vəsiqəsi varsa, uşağa doğum haqqında şəhadətnamə verilir. Bu da uşağın məktəbə getməsini şərtləndirən əsas amildir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Husilər Ər-Riyada hücum etdilər
13:42 20.10.2026
Dünya
“Barselona” “Mançester Yunayted”in müdafiəçisi ilə maraqlanır
13:28 20.10.2026
Futbol
Kallas Qara dənizdə hücumlara moratorium qoyulmasını tələb etdi
13:23 20.10.2026
Gündəm
Bağçalı: Türk dünyasının birliyini dosta-düşmənə göstərəcəyik
13:15 20.10.2026
Gündəm
Paşinyan ölkə vətəndaşlarını etirazlara çağırdı
12:35 20.10.2026
Region
Vens: Ukrayna NATO-ya üzv olmamalıdır
12:09 20.10.2026
Dünya
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
11:57 20.10.2026
Hadisə
Azərbaycanda bu şəxslər pensiyaya 20 il tez çıxa bilər
11:39 20.10.2026
Sosial
ABŞ-nin müharibə naziri Netanyahu ilə gizli görüş keçirib
11:13 20.10.2026
Dünya
Qəzzada 500 min fələstinliyə ərzaq yardımı dayandırılır
10:48 20.10.2026
Dünya
Kim Çen Inin səhhəti ilə bağlı şayiələr yayılıb
10:35 20.10.2026
Dünya
Məşhur meyxanaçı vəfat etdi - Foto
10:20 20.10.2026
Hadisə
Rusiya ayıları NATO ölkələrinə “hücum”a keçdilər
10:17 20.10.2026
Dünya
Ağ Ev sözçüsü vəzifəsində cəmi 5 gün qaldı
10:02 20.10.2026
Dünya
Qripdən sonra infarkt riski 16 dəfə arta bilər
09:54 20.10.2026
Sağlamlıq