Magistraturaya qəbul imtahanı keçirilir
04:02 23.02.2020
Elm və Təhsil
638
Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı keçirilir.
DİM-dən verilən məlumata görə, magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 5 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində, ümumilikdə 49 imtahan binasında aparılır. İmtahan bütün binalarda eyni vaxtda saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.
İmtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
Qeyd edək ki, ərizələrin qəbulu internet vasitəsilə fevralın 3‑dən 13-dək aparılıb. İmtahanda iştirak üçün 15738 bakalavr ərizə təqdim edib. Onlardan 14434 nəfəri Azərbaycan bölməsi, 1304 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 7139 nəfəri oğlan, 8599 nəfəri isə qızlardır. Bakalavrlardan 8352-si bu ilin, 7386-sı isə əvvəlki illərin məzunlarıdır, 34 nəfər xarici ölkə vətəndaşıdır.
Qəbul imtahanı Bakıda 40, Gəncədə 4, Naxçıvan və Mingəçevirdə 2, Lənkəranda 1 binada təşkil olunub. Bakıda 13347, Naxçıvanda 488, Gəncədə 1189, Mingəçevirdə 428, Lənkəranda 286 bakalavrın imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 154 imtahan rəhbəri, 1580 nəzarətçi-müəllim, 251 buraxılış rejimi əməkdaşı cəlb olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Husilər Ər-Riyada hücum etdilər
13:42 20.10.2026
Dünya
“Barselona” “Mançester Yunayted”in müdafiəçisi ilə maraqlanır
13:28 20.10.2026
Futbol
Kallas Qara dənizdə hücumlara moratorium qoyulmasını tələb etdi
13:23 20.10.2026
Gündəm
Bağçalı: Türk dünyasının birliyini dosta-düşmənə göstərəcəyik
13:15 20.10.2026
Gündəm
Paşinyan ölkə vətəndaşlarını etirazlara çağırdı
12:35 20.10.2026
Region
Vens: Ukrayna NATO-ya üzv olmamalıdır
12:09 20.10.2026
Dünya
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
11:57 20.10.2026
Hadisə
Azərbaycanda bu şəxslər pensiyaya 20 il tez çıxa bilər
11:39 20.10.2026
Sosial
ABŞ-nin müharibə naziri Netanyahu ilə gizli görüş keçirib
11:13 20.10.2026
Dünya
Qəzzada 500 min fələstinliyə ərzaq yardımı dayandırılır
10:48 20.10.2026
Dünya
Kim Çen Inin səhhəti ilə bağlı şayiələr yayılıb
10:35 20.10.2026
Dünya
Məşhur meyxanaçı vəfat etdi - Foto
10:20 20.10.2026
Hadisə
Rusiya ayıları NATO ölkələrinə “hücum”a keçdilər
10:17 20.10.2026
Dünya
Ağ Ev sözçüsü vəzifəsində cəmi 5 gün qaldı
10:02 20.10.2026
Dünya
Qripdən sonra infarkt riski 16 dəfə arta bilər
09:54 20.10.2026
Sağlamlıq