Məktəblərdə sıxlıq: Elə ibtidai siniflər var ki, orda 40-45 şagird təhsil alır – PROBLEM
Şəymən Bayramova
13:12 12.02.2020
Elm və Təhsil
1275
Bu ildən başlayaraq dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına və I sinfinə qəbul Azərbaycan vətəndaşı olan uşaqlar üçün mütləq olaraq şəxsiyyət vəsiqəsi, xarici ölkə vətəndaşları üçün xarici pasport, vətəndaşlığı olmayanlar üçün miqrasiya vəsiqəsi əsasında həyata keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Prezidentinin müvafiq fərmanına əsasən, dövlət informasiya sistemlərində məlumat mübadiləsi şəxsiyyət vəsiqələrinin fərdi identifikasiya nomrəsi (FİN) əsasında həyata keçirilməlidir.
Azad Müəllimlər Cəmiyyətinin sədri, ekspert Məlahət Mürşüdlünün fikrincə dəyişikliyin əsas məqsədi məktəblilərin qeydiyyatda olduğu yaşayış əraziləri yaxın məktəblərə yerləşdirilməsidir. Şəhərin mərkəzindəki məktəblərdə həddindən artıq sıxlıq olduğundan dəyişiklik müsbət qiymətləndirilməlidir:
“Yaxşı ibtidai sinif müəllimi, qüvvətli fənn müəllimi axtarışında olan valideynlər Mərdəkan, Buzovna və digər yerlərdən öz uşaqlarını mərkəzdə yerləşən məktəblərə gətirirlər. Bu da siniflərdə sıxlıq yaradır. Hazırda elə ibtidai siniflər var ki, 40-45 şagird təhsil alır və burada müəllim üçün təlimin keyfiyyətindən söhbət gedə bilməz. Şagird sıxlığının aradan qaldırılması üçün əvvəllər belə bir qayda var idi ki, hər bir şagird yaşadığı ərazidə mövcud olan məktəbdə təhsil almalıdır. Başqa ərazilərdə olan məktəbə getməməlidir. Düşünürəm I sinfinə qəbul zamanı uşaqlardan şəxsiyyət vəsiqəsinin tələbi bu problemin aradan qaldırılmasına müsbət təsir edəcək".
Digər təhsil eksperti Kamran Əsədov isə deyib ki, I sinfə elektron sənəd qəbulunun tətbiqi “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək üçün təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi məqsədilə tətbiq edilir:
"I sinfə şagird qəbulu üzrə müraciətlərin elektron qeydiyyat sistemi bu, prosesin sadələşdirilməsinə xidmət edir. I sinfə qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi şəffaflığın təmin edilməsi, vaxt itkisinin aradan qaldırılması, cəmiyyətdə informasiya texnologiyalarından istifadənin əhatə dairəsinin genişləndirilməsi baxımından olduqca əhəmiyyətlidir. Təəssüflər olsun ki, əvvəlki illərdəki təcrübə göstərir ki, valdeyinlər övladları dünyaya gəldikdən sonra ona yanlız doğum haqqında şəhadətnamə alırlar. Baxmayaraq ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini hətta 1 yaşından etibarən alınması mümkündür, valdieyinlər səhlnkarlıq edib sənədləşmə prosesində iştrak etmirlər. Sonradan bu sənəd lazım olduqda problem yaşanır. Ötən illərdə Azərbaycan vətəndaşı olan uşaqların məktəbəhazırlıq qruplarına və I sinfə elektron sənəd qəbulu şəxsiyyət vəsiqəsi ilə yanaşı doğum haqqında şəhadətnamə ilə də aparılıb. Yeniliyə əsasən isə qəbul prosesində ancaq şəxsiyyət vəsiqəsi ilə iştirak etmək mümkün olacaq. Bu olduqca müsbət bir addımdır. Belə ki, Valideyn (qanuni nümayəndə) elektron sistemdə seçdiyi məktəbə sorğu yerləşdirmə zamanı məktəbin mikroərazisi ilə bnağlı problem yaşayırdı. Yəni valideyin özü rayon qeydiyyatı olurdu system onu qəbul etmirdi. Amma indi qeydiyyat prosesi uşağın şəxsiyyət vəsiqəsi ilə olacaq ki, bu da mikro ərazi problemini həll edıəck. Yeni system rayon qeydoiyyatı olan şəxslərdə müəyyən problem yarada bilər ki, onlar da yaşayış yerindən aratış təqdim etməklə bu probmei həll edə bilərlər. Bu addımın atılması şagird sıcxlığını aradan qaldıracaq, şagirdlərin I sinifə qəbul zamanı ədalətli qəbul həyata keçəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Husilər Ər-Riyada hücum etdilər
13:42 20.10.2026
Dünya
“Barselona” “Mançester Yunayted”in müdafiəçisi ilə maraqlanır
13:28 20.10.2026
Futbol
Kallas Qara dənizdə hücumlara moratorium qoyulmasını tələb etdi
13:23 20.10.2026
Gündəm
Bağçalı: Türk dünyasının birliyini dosta-düşmənə göstərəcəyik
13:15 20.10.2026
Gündəm
Paşinyan ölkə vətəndaşlarını etirazlara çağırdı
12:35 20.10.2026
Region
Vens: Ukrayna NATO-ya üzv olmamalıdır
12:09 20.10.2026
Dünya
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
11:57 20.10.2026
Hadisə
Azərbaycanda bu şəxslər pensiyaya 20 il tez çıxa bilər
11:39 20.10.2026
Sosial
ABŞ-nin müharibə naziri Netanyahu ilə gizli görüş keçirib
11:13 20.10.2026
Dünya
Qəzzada 500 min fələstinliyə ərzaq yardımı dayandırılır
10:48 20.10.2026
Dünya
Kim Çen Inin səhhəti ilə bağlı şayiələr yayılıb
10:35 20.10.2026
Dünya
Məşhur meyxanaçı vəfat etdi - Foto
10:20 20.10.2026
Hadisə
Rusiya ayıları NATO ölkələrinə “hücum”a keçdilər
10:17 20.10.2026
Dünya
Ağ Ev sözçüsü vəzifəsində cəmi 5 gün qaldı
10:02 20.10.2026
Dünya
Qripdən sonra infarkt riski 16 dəfə arta bilər
09:54 20.10.2026
Sağlamlıq