Misir Cumail oğlu Mərdanov “Şərəf” ordeni ilə təltif edilib.
Sherg.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və elmi-pedaqoji sahədə böyük xidmətlərinə görə bu təltifə layiq görülüb.
Qeyd edək ki, oktyabrın 3-də Misir Mərdanovun 80 yaşı tamam olur.