Elm və Təhsil Nazirliyi yanında yeni yaradılmış Riyaziyyat İnstitutuna keçmiş təhsil naziri, fizika-riyaziyyat elmlər doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının muxbir üzvü Misir Mərdanovun rəhbərlik etməyəcəyi təsdiqlənib.
Sherg.az xəbər verir ki, bu barədə “Yeni Sabah”ın sorğusuna cavab olaraq institutdan bildirilib.
Qeyd olunub ki, Riyaziyyat İnstitutuna hazırda texnika elmləri doktoru Elxan Səbziyev rəhbərlik edir. O, bu vəzifəni hələlik müvəqqəti yerinə yetirir.
Həmçinin oxuyun
Həmçinin oxuyun
SON DƏQİQƏ AÇIQLAMASI: Maaşdan bu qədər vergi ödəniləcək
Həmçinin oxuyun
Prezident ailəsi “Azərbaycan dili” platformasının təqdimatında: Mərasimində çıxış edən Mahmud Athar kimdir?
Həmçinin oxuyun
Bayram günləri ilə bağlı VACİB MƏLUMAT: Qrafik AÇIQLANDI
Həmçinin oxuyun
Gömrükdə ŞOK ƏMƏLİYYATIN DETALLARI
M.Mərdanov isə həmin instutun elmi işçisidir.
“Vahid Riyaziyyat İnstitutunun yaradılması ilə bağlı təşəbbüs 2022-ci ildən irəli sürülüb. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalasa da, yeni institutun formalaşması zaman alacaq. Riyaziyyat İnstitutuna texnika elmləri doktoru Elxan Səbziyev rəhbərlik edir. Misir Mərdanov isə hazırda institutda elmi fəaliyyətini davam etdirir”.