Müəllimlər üçün esse müsabiqəsinə start verilib
Yusif Nəzərli
10:21 28.09.2024
Elm və Təhsil
659
“Ədibin evi” Ədəbiyyata Dəstək Fondunun təşkilati dəstəyi və təşəbbüsü ilə “Azərbaycan müəllimi” qəzetinin 90 illik yubileyi münasibətilə “Müəllimliyin insanlıq fəlsəfəsi” adlı esse müsabiqəsinə start verilir.
Sherg.az xəbər verir ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, müəllim, filologiya elmləri doktoru Mir Cəlal Paşayevin pedaqoji irsinə həsr olunmuş müsabiqənin məqsədi müəllimlik üçün zəruri olan keyfiyyətlər – pedaqoji etika, empatiya və şəfqət duyğularının əhəmiyyətinin təbliği, müxtəliflik və inklüzivliyin, eləcə də peşəkar pedaqoji icma arasında tənqidi və yaradıcı düşüncə tərzinin təşviqidir.
Təhsilin istənilən pilləsində 2 il pedaqoji təcrübəyə malik olan müəllimlər müsabiqədə iştiraka dəvət olunurlar.
Müsabiqəyə ədəbi dilin bədii, elmi və ya publisistik üslublarından biri üzrə müəllimin öz peşəsinə baxışına dair istənilən mövzuda, yalnız Azərbaycan dilində yazılmış esselər qəbul ediləcək.
Müsabiqənin mükafat fondu 10 000 (on min) manat dəyərindədir:
I yer (bir nəfər) – 3 000 AZN
II yer (iki nəfər) – 2 000 AZN
III yer (üç nəfər) – 1 000 AZN
Müsabiqədə qiymətləndiriləcək esselərə dair tələblər və qiymətləndirmə meyarları ilə buradan tanış ola bilərsiniz. Müsabiqəyə təqdim edilən işlər tanınmış pedaqoq və təhsil mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
28 sentyabrdan start veriləcək müsabiqəyə esselərin qəbulu edibinevi@gmail.com elektron poçt ünvanı vasitəsilə 1 dekabr 2024-cü il tarixinədək davam edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial
Pensiya alanlara ŞAD XƏBƏR!
14:00 14.10.2026
Sosial
Bacısı oğluna işgəncə verən falçı...
13:58 14.10.2026
Hadisə
Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib
13:55 14.10.2026
Gündəm
Xarkov vilayətində 5 Ukrayna hərbçisi güllələnib
13:39 14.10.2026
Dünya
Hörmüz boğazında konteyner daşıyan gəmi minaya düşdü
13:37 14.10.2026
Dünya
İran telekanalının Azərbaycana qarşı informasiya hücumu ifşa olundu
13:18 14.10.2026
Media
Yüzlərlə uşaq qatili erməni separatçı məhv edildi
13:14 14.10.2026
Aktual
Kartdan karta ödənişlərdə tutulmalar - Belə olacaq
13:11 14.10.2026
İqtisadiyyat
Sabah 29 dərəcə isti olacaq
12:59 14.10.2026
Ekologiya
Mirzoyan: Azərbaycanla sülh var, Türkiyə ilə sərhəd açıla bilər
12:44 14.10.2026
Gündəm
Lavrov Azərbaycana gəlir
12:41 14.10.2026
Dünya
ABŞ ordusu İranın Hörmüz boğazına nəzarət iddiasını rədd edib
12:29 14.10.2026
Gündəm
Britaniya Ukraynaya raket tədarükünü sürətləndirir
12:11 14.10.2026
Dünya
İranda 63 silahlı qarşıdurma: 94 nəfər öldü
11:38 14.10.2026
Dünya
Polşada ukraynalı qaçqınların sayı kəskin azalıb
11:37 14.10.2026
Dünya