Növbəti ilin buraxılış və qəbul imtahanlarının cədvəli hazırdır
Yusif Nəzərli
21:14 24.11.2021
Elm və Təhsil
590
Qapanmalar olmasa, magistraturaya qəbul iki mərhələdə həyata keçiriləcək
Növbəti il üçün buraxılış və qəbul imtahanlarının tarixləri ilə bağlı cədvəl artıq hazırdır. Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, cədvəl Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edildikdən sonra ictimaiyyətə təqdim olunacaq. M.Abbaszadə qeyd edib ki, gələn il üçün magistratura səviyyəsinə sənəd qəbuluna yanvar ayından başlanılması nəzərdə tutulur:
"Lakin cədvəl təsdiqlənmədiyindən hələlik dəqiq tarix deyə bilmirəm. Qaydalara əsasən, magistraturaya qəbul adətən bir mərhələdə həyata keçirilir. Ötən il isə namizədlərə iki cəhd imkanı verdik. Əgər sərt karantin tədbirləri olmasa çalışacağıq ki, bu tədris ilində də belə bir imkan yaradaq". DİM sədri deyib ki, magistraturaya sənəd qəbulu yəqin ki, yanvar ayından başlayacaq:
“Bütün imtahan cədvəlləri Operativ Qərargahla razılaşdırıldıqdan sonra sənəd qəbuluna başlanacaq. Cədvəli hazırlamışıq. Təsdiqlənəndən sonra sənəd qəbuluna başlayacağıq. Qaydalara əsasən, magistraturaya qəbul bir mərhələdə həyata keçirilir. Ötən il bakalavrlara iki cəhd imkanı verdik. Qapanmalar olmasa, bu il də belə bir imkan yaratmağa çalışacağıq".
M.Abbaszadə "Dövlət qulluğunda gender bərabərliyi üzrə kurikulum" vəsaitinin təqdimat mərasimində deyib ki, gender problemi ilə əlaqədar ən yanlış fikir bunun yalnız qadınlara aid məsələ olması fikridir:
"Bu, cəmiyyətin problemidir. Qadınların fəal iştirakı cəmiyyətdə əlavə dəyər yaranmasına, fəaliyyətlərin çeşidlənməsinə səbəb olur. Avropada iqtisadiyyatçılar iqtisadi artım tempini gender bərabərliyi ilə əlaqələndirir".
Onun sözlərinə görə, son 15 ildə ali məktəblərə qəbulda texniki ixtisasları seçən qızların sayı kifayət qədər artıb:
"Peşə imkanları olmayanların çoxu erkən nikahın qurbanı olur, öz haqlarını müdafiə etmir, onlara qarşı kobud rəftara dözməli olurlar. Bəzi regionlarda 9-cu sinif buraxılış imtahanlarından sonra orta təhsildə qızların sayında kəskin azalma olur. Bu da erkən nikah və ya qızların təhsildən uzaq tutulması tendensiyalarından xəbər verir. Azərbaycanda dövlət qulluğu üzrə yardımçı vəzifələrə daha çox qadınlar işə götürülür".
O bildirib ki, bütün növ imtahanlarda qadınlar kişilərlə bərabər bilik və bacarıq səviyyəsi nümayiş etdirirlər:
"Hətta bəzi qadınlar kişilərlə müqayisədə yüksək nəticə əldə edirlər. Noyabrın 23-də dövlət qulluğuna qəbulla bağlı keçirilən imtahanda iştirak edənlərin 55 faizi kişilərdisə, qalanı qadınlar olub. Sertifikat alanların 50 faizi isə qadınlardır. Qadınlar əsasən ehtiyat kadr kimi sistemə daxil olur. Hazırda inzibati rəhbər vəzifələrində çalışan dövlət qulluqçularının sayı 3 111 nəfərdirsə, onun 17,01 faizi qadınlardır. Amma yardımçı vəzifələrdə çalışanların statistikasına baxdıqda bu rəqəmin 44 faizinin qadınların payına düşdüyünü görürük".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Birlikdə idman edən cütlüklər daha xoşbəxtdirlər - Araşdırma
07:17 19.08.2026
Sağlamlıq
Bu həftə bəzi bürclər üçün dönüş nöqtəsi olacaq
06:44 19.08.2026
Cəmiyyət
“Daha 17”nin ulduzları eşq yaşayır?
04:50 19.08.2026
Şou
Gündə beş fincan qəhvə içməyin təəccüblü faydası
04:14 19.08.2026
Sağlamlıq
Bu, Moskva üçün qəbuledilməzdir - Uşakov
02:57 19.08.2026
Region
Bununla müharibə yenidən başlayacaq - Arakçı
01:26 19.08.2026
Aktual
İranla bütün ticarət və maliyyə əməliyyatlarını dayandırıb
01:04 19.08.2026
Aktual
ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu azalda bilər
00:43 19.08.2026
Dünya
İsrail HƏMAS komandirlərinin görüş yerini vurdu
23:42 18.08.2026
Gündəm
Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi
23:03 18.08.2026
Gündəm
Türkiyə İsrailin Suriyaya hücumlarını pislədi
21:57 18.08.2026
Dünya
Vəkil Elşad Məmmədov həbs edilib
21:43 18.08.2026
Hadisə
Türkiyəli deputat keçmiş partiyadaşı tərəfindən bıçaqlanıb
21:30 18.08.2026
Gündəm
İsrail ordusu HƏMAS-ın dörd komandirini öldürdüyünü açıqlayıb
21:03 18.08.2026
Dünya
“Neftçi” serbiyalı futbolçunu transfer etdi
20:50 18.08.2026
Futbol