
Pedaqoji təhsili olmayan bağça müəllimlərinin aqibəti necə olacaq?
11:49 25.03.2024
Elm və Təhsil
679
Məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin 2025-ci ildən sertifikatlaşacağı gözlənilir.
Nazirlər Kabinetinin təsdiqlədiyi Qaydalara əsasən, dövlət məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə sertifikasiya imtahanları keçirləcək.
Qaydalara görə, bağça müəllimləri 5 ildə bir dəfə sertifikatlaşdırmadan keçməlidirlər.
Təhsil eksperti Elşən Qafarov isə "Sherg.az" a açıqlamasında deyib ki, sertikasiya təhsilverənlərin peşə qərarlığı, peşəkarlığını yoxlayan bir prosesdir və məktəbəqədər müəssisələrində buna böyük ehtiyac var:

"Məktəbəqədər təhsil müəssisələrində vəziyyət kifayət qədər ciddi və ağırdır. 2011-ci ildən 2021-ci ilin sonuna qədər keçən 10 il müddətində uşaq bağçalarının yerli icra hakimiyyətlərinin idarəsinə verilməsi təhsilin bu pilləsinin tamamilə çökməsinə gətirib çıxarmışdı.
Təsəvvür edin, bu gün məktəbəqədər təhsil müəssisələrində çalışan 16 mindən çox müəllimin 6 minin ali təhsili yoxdur. Çox güman ki pedaqoji təhsili olmayan bağça müəllimləri növbəti ildən başlayacaq sertifikatlaşdırılmaya buraxılmayacaq. Onların əmək müqavilələrinə xitam verilməli və məktəbəqədər təhsil müəssisələrinə yalnız məktəbəqədər təhsil üzrə ali təhsil alan şəxslər cəlb olunmalıdır. Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında qeyd olunub ki, ümumi təhsil müəssisələrində təhsilverənlərlə yanaşı, məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlər də sertfikasiya prosesinə cəlb olunacaqlar".
2011-2021-ci illər ərzində ölkədə cəmi 18 məktəbəqədər təhsil müəssisəsinin tikildiyini vurğulayan ekspert deyib ki, bunlar da Heydər Əliyev Fondu tərəfindən tikilib: "Göründüyü kimi yerli icra hakimiyyətləri məktəbəqədər təhsil müəssisələrinin tikintisinə heç bir diqqət ayırmayıb. Əksinə həmin dövr uşaqlara ayrılan payların yeyilib - mənimsənilməsi ilə xarakterizə edilir. Odur ki, məktəbəqədər təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi üçün Dövlət Proqramı qəbul edilməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ və Yaponiya liderləri telefonla danışıb
20:22 15.05.2026
Dünya
"Şəfa" Premyer Liqaya vəsiqə qazanıb
19:57 15.05.2026
Futbol
Venesuelada dövlət neft şirkətinin müəssisəsində yanğın baş verib
19:48 15.05.2026
Dünya
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 2951-ə çatdı
19:40 15.05.2026
Dünya
CENTCOM: ABŞ Hörmüz boğazında 75 ticarət gəmisini saxlayıb
19:33 15.05.2026
Dünya
WUF13 nəqliyyat sistemi fəaliyyətə başlayıb
19:01 15.05.2026
Cənubi Qafqaz
Ərdoğan Əhməd Yəsəvi məqbərəsinə qədim əlyazma Quran bağışlayıb
18:54 15.05.2026
Dünya
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya