Peşə təhsilinə müraciət edənlərin sayı artacaq
Yusif Nəzərli
09:02 20.04.2022
Elm və Təhsil
570
Tələbələrə təqaüdlərin verilməsi peşə təhsil məktəblərinə marağın və motivasiyanın artırılmasına gətirib çıxaracaq
Azərbaycanda peşə təhsilinin təkmilləşdirilməsi, keyfiyyətinin yüksəldilməsi, əlçatanlığın genişləndirilməsi üçün geniş islahatlar həyata keçirilir. “Peşə təhsili haqqında” qanuna nəzərdə tutulan dəyişikliklərə görə, ödənişli əsaslarla oxuyan tələbələr də təqaüd alacaqlar. Mövcud qanunvericilikdə isə peşə təhsili müəssisələrində yalnız dövlət hesabına təhsilalanlara təqaüdün verilməsi nəzərdə tutulub. Təklif olunan dəyişiklik ictimaiyyətdə peşə təhsilinə marağın artırılması baxımından yüksək qiymətləndirilib.
Təhsil məsələləri üzrə ekspert Qoşqar Məhərrəmovun “Şərq”ə verdiyi açıqlamaya görə, ödənişli əsaslarla oxuyan tələbələrin təqaüd alması peşə təhsilinə marağın artırılması baxımından son dərəcə əhəmiyyətli bir addımdır:
“Peşə təhsili hər bir ölkənin inkişafı üçün vacib bir sahədir. Azərbaycanda da peşə təhsilinin inkişafı olduqca vacibdir. İnkişaf etməkdə olan ölkələrin sənaye potensialı və iqtisadi inkişafının təməl komponentlərindən biri işçi qüvvəsinin olmasıdır. Ümumdaxili məhsulun artırılması və valyuta ehtiyatlarının artması üçün müvafiq sahələr üzrə kadr potensialının olması mühüm şərtdir. Valideynlər övladlarını əsasən ali təhsilə kökləyirlər. Övladlarının biliyini, potensialını, intellektual imkanlarınə nəzərə almadan sadəcə diplom xatirinə ali təhsilə istiqamətləndirirlər. Onlar peşə təhsilinin əhəmiyyətinə diqqət yetirmirlər. Hamı müəllim, həkim olası deyil ki!? Valideynlər öz övladlarının potensialını düzgün qiymətləndirməli və peşə təhsilinin əhəmiyyətinə də diqqət yetirməlidirlər. İstehsalat sahəsində də yerli kadrların yetişdirilməsi qarşıya qoyulan əsas məqsədlərdən biridir. Çünki xaricdən işçi qüvvəsinin gətirilməsi kifayət qədər baha başa gəlir. Peşə təhsil məktəblərinə marağın və motivasiyanın artırılması baxımından sözügedən dəyişikliyi alqışlayıram”.
Q.Məhərrəmovun sözlərinə görə, bu dəyişiklik mütərəqqi xarakter daşıyır və peşə təhsilinə marağın artırılmasına mühüm töhfə verəcək:
“Hesab edirəm ki, bu dəyişikliyin qəbulundan sonra peşə məktəblərinə müraciət edənlərin sayı artacaq. Dövlətin üzərinə düşən məsələ peşə təhsil müəssisələrinin sayını artırmaq, regionlarda fəaliyyətini genişləndirməkdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Seldə itkin düşən Türkmənistan vətəndaşının meyiti tapılıb
15:17 18.10.2026
Hadisə
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə
Fransada etirazlar zamanı 855 nəfər saxlanılıb
11:45 18.10.2026
Dünya
Litvada PUA səbəbindən hava həyəcanı elan edildi
11:39 18.10.2026
Dünya
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
11:34 18.10.2026
İnfrastruktur