
Proqram nədirsə, müəllimlər onu icra edir
Yusif Nəzərli
09:04 15.04.2022
Elm və Təhsil
934
Şagirdlərin dərs yükünün ağırlığında müəllimləri ittiham etmək doğru deyil
"Pedaqoji prosesdən anlayışı olmayanlar bu mözuda məsləhət verib fikir irəli sürür"
Təhsil sahəsindəki əsas problemlərdən biri də dərs proqramının ağırlığı və şagirdlərin həddən çox ev tapşırığı ilə yüklənməsindir.
Aparılan tədqiqatlar göstərir ki, ev tapşırıqlarının çoxluğu şagirdlərin növbəti mərhələlərdə təhsil nailiyyətlərinə müsbət təsir etmir. Əksinə, şagirdlərin həddindən artıq ev tapşırığı ilə yüklənməsi onları təhsildən, məktəbdən uzaqlaşdırır. Şagirdlərin dərs yükünün ağırlığı, onlara verilən ev tapşırıqlarının çoxluğu valideynləri də çox narahat edir. Valideynlər deyir ki, övladları dərsdən sonrakı vaxtlarının çox hissəsini ev tapşırıqlarının həllinə sərf edirlər. Nəticədə yorulur və asudə vaxt keçirə bilmirlər.
Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublunun sözlərinə görə, şagirdlərin dərs yükünün ağır olmasına səbəb Nazirliyin tədris proqramı yox, müəllimlərin “işgüzarlığıdır”: “Əslində orta məktəblərdə tədris proqramı ağır deyil. Sadəcə, bir qrup müəllimlər var ki, onlar uşaqların akademik yüklənməsini daha yaxşı öyrənməsinə vasitə kimi baxırlar. Ona görə də uşaqlara həddindən artıq ev tapşırığı yükləyirlər. Hesab edirəm ki, həmin müəllimlərlə iş aparılmalıdır. 45 dəqiqə dərsi tam öyrənmək üçün kifayət qədər uyğundur. Şagird hətta oynaya-oynaya qəliz tapşırığı qavraya bilər. Müəllim metodikanı yaxşı quranda, tapşırıqları düz seçəndə uşaq çox rahat, sevə-sevə öyrənir. Uşaqların dərs yükünün optimallaşdırılmasını həyata keçirmək üçün bəzi müəllimlərlə işləməliyik”.
V.Yaqublunun bu açıqlaması sosial şəbəkələrdə müsbət dəyərləndirilib. İctimaiyyət üzvlərinin fikrincə, müəllimlərin böyük faizi kurikulumun tələblərini yüksək səviyyədə mənimsəyə bilmədiyi üçün ənənəvi üsullardan istifadə edərək öz təlim üsullarını həyata keçirirlər. Ekspertlər isə hesab edir ki, bu məsələ sadəcə, müəllimlərdən və onun məsələyə yanaşmasından asılı deyil.

Təhsil eksperti Elşən Ramizoğlu isə “Şərq”ə açıqlamasında deyib ki, pedaqoji fəaliyyəti olmayan insanlar üçün müəllimləri ittiham etmək asandır. Ona görə, Vəfa Yaqublunun bu açıqlamasının sadəcə söz xatirinə deyilən bir yanaşma olduğunu düşünürəm: “Maraqlıdır, Vəfa xanım özü heç olmasa orta məktəbdə sinif rəhbəri işləyibmi?
Tədris prosesində müəllimləri şagirdləri əlavə yükləməkdə ittiham etmək düzgün deyil, proqram nədirsə, müəllimlər onu da icra edir. Proqram ağır olduğundan müəllimlərin onu icra etməyə belə zamanı çatmır, qaldı ki əlavə yükləmə olsun.
Pedaqoji prosesdən anlayışı olmayanlar bu mözuda məsləhət verib fikir irəli sürür. Şagirdlərin ağır proqramlı dərsliklərlə yüklənməsində müəllimlərin heç bir marağı və günahı yoxdur. Əgər Vəfa xanımın pedaqoji praktikası varsa, nümunə desin, biz də bilək. Sadəcə, nəzəri biliklərinə istinad edərək şagirdərin dərs yükünün ağırlığında müəllimləri ittiham etmək doğru deyil. Onsuz da müəllimlərin kağız-kuğuzdan vaxtı olmur ki, əlavə tapşırıqlarla uşaqları yükləsin”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Seldə itkin düşən Türkmənistan vətəndaşının meyiti tapılıb
15:17 18.10.2026
Hadisə
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə
Fransada etirazlar zamanı 855 nəfər saxlanılıb
11:45 18.10.2026
Dünya
Litvada PUA səbəbindən hava həyəcanı elan edildi
11:39 18.10.2026
Dünya
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
11:34 18.10.2026
İnfrastruktur