
Qanunda dəyişiklik: Ali təhsilin bakalavr pilləsi 3 il, magistratura 1 il ola bilər
Yusif Nəzərli
04:33 23.01.2024
Elm və Təhsil
1103
“Tələbələrə qeyri-ixtisas fənlərindən dərs keçməyə ehtiyac yoxdur. Daha çox oxuduğu ixtisasın yönümünə uyğun olan fənlər keçilməlidir ki, tələbənin peşəkarlığı artsın”
“Ali təhsil haqqında” qanun layihəsi müzakirə ediləcək. Bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin iclasında bildirilib. Qeyd edilib ki, qanun layhəsinin müzakirəsi 2024-cü ilin yaz sessiyası üçün İş Planına daxil edilib. Qanun layihəsi sessiya müddətində hazırlanıb müzakirəyə çıxarılmalıdır. Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev qeyd edib ki, “Ali təhsil haqqında” qanunla bağlı müvafiq qurumlardan bir neçə təklif daxil olub: “Belə qərara gəldik ki, həmin təkliflər razılaşdırılması üçün müvafiq icra hakimiyyəti orqanlarına göndərilsin. Düşünürəm ki, yaz sessiyasında həmin təkliflərə daxil olmuş rəyləri də müzakirə edərək, həmin layihəyə baxacağıq. Həyata keçirilən dövlət proqramlarının davamlı olması üçün bu qanunun qəbul olunmasına ehtiyac var”. Həmçinin parlamentdə təhsillə bağlı dinləmənin keçirilməsi də təklif olunur. Belə bir təkliflə Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov çıxış edib. Deputat qeyd edib ki, təhsildə xeyli həllini gözləyən məsələlər olduğundan yenidən parlamentdə təhsillə bağlı dinləmənin keçirilməsinə ehtiyac var: “Dinləmədə Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının üzvləri də iştirak etməlidir. Bunu komitənin yaz sessiyası üzrə iş planına daxil edə bilərik”.
Təhsil eksperti, fəlsəfə doktoru Kamran Əsədov “Sherg.az”a açıqlamasında bildirdi ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk dəfə "Ali təhsil haqqında" qanun qəbul edəcək:
- İndiyə qədər təhsilin müxtəlif pillələri üzrə qanun layihəsi qəbul edilib. 2009-cu ildə “Təhsil haqqında” qanun, 2011-ci ildə “Orta ümumtəhsil məktəblərinin nümunəvi nizamnaməsi”, 2016-cı “Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında”, eyni zamanda məktəbəqədər, ümumtəhsil, elm haqqında qanun qəbul edildi. Amma ali təhsil müəssisələrinin idarə edilməsi, orada şəffaflığın təmin olunması, keyfiyyətin yüksəldilməsi və idarə edilməsi ilə bağlı ciddi məsələlər hələ də həllini tapmayıb. Təhsilin ali pilləsində həllini gözləyən bir çox problemlər var. Məhz bu problemlərin aradan qalxması üçün ayrıca qanun layihəsinə, yəni “Ali təhsil haqqında qanun” layihəsinə ehtiyac var. Milli Məclisdə müzakirə edilən “Ali təhsil haqqında” qanun ali təhsilin keyfiyyətinin artırılması, eyni zamanda Azərbaycan ali təhsilinin dünya təhsil sisteminə inteqrasiyasına müsbət təsir göstərəcək. Yeni qanun layihəsində bir sıra dəyişikliklər var. Onlardan biri ali təhsilin müddəti və ixtisas istiqamətləri ilə bağlıdır. Ən çox müzakirə obyektinə çevrilən məsələ ali təhsilin bakalavr pilləsinin 3 il, magistraturanın 1 il olmasıdır. Lakin bu, Azərbaycan universitetlərində qəbul həyata keçirilən ixtisasların hamısına aid deyil. Ali təhsilin proqramına uyğun olaraq peşəkar səviyyədə kadr yetişdirmək üçün bəzi hallarda 4 il çox uzun müddət olur. Müəyyən ixtisaslar var ki, onlar üzrə 4 illik təhsilə ehtiyac yoxdur. Bunlar akademik tədqiqatları, araşdırmanı əks etdirməyən texniki ixtisaslardır.

K.Əsədov qeyd etdi ki, qeyri-ixtisas fənlərini azaldıb proqramdan çıxarsaq, tədris ili azaldılacaq:
- Tələbələrə qeyri-ixtisas fənlərindən dərs keçməyə ehtiyac yoxdur. Daha çox oxuduğu ixtisasın yönümünə uyğun olan fənlər keçilməlidir ki, tələbənin peşəkarlığı artsın. Təhsil pilləsinin azaldılması beynəlxalq standart təhsil təsnifatına da uyğundur. Lakin bu, bütün ixtisaslara aid olmayacaq. Məsələn, musiqi, incəsənət, mədəniyyət ixtisaslarında 4 il oxumağa ehtiyac yoxdur. Hüquq, tibb, müəllimlik kimi ixtisaslar özündə akademik bilikləri əks etdirdiyi üçün bu ixtisaslar 4 illik olacaq. Tədris ilinin azaldılması əmək bazarına daxil olacaq insanların peşəkarlıq səviyyəsinin yüksəldilməsinə xidmət edəcək
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial
Brüsseldə keçiriləcək Aİ sammitində büdcədə irəliləyiş gözlənilmir
10:55 15.10.2026
Gündəm
Makaronun süzdükdən sonra suyunu tökməyin
10:47 15.10.2026
Sosial
ABŞ İrana "bombaların anası" ilə zərbə endirəcək
10:35 15.10.2026
Dünya
Hollivud ulduzu zorakılıq iddiasına cavab verib
10:20 15.10.2026
Şou
Meloni ABŞ-Rusiya dizel razılaşmasını riskli adlandırıb
10:14 15.10.2026
Gündəm
Bakıda Azərbaycan və İtaliya hərbçilərinin ekspert görüşü keçirilib
10:11 15.10.2026
Hərbi
Tramp: Mediaya məlumat sızdıran məmurlar güllələnməlidir
09:59 15.10.2026
Gündəm