Təhsil nazirindən əhaliyə müraciət
10:25 19.03.2020
Elm və Təhsil
1308
Təhsil naziri Ceyhun Bayramov şagirdlərə və valideynlərə videomüraciət edib.
Lent.az xəbər verir ki, nazir müraciətdə koronavirus təhlükəsindən danışıb:
“UNESCO-nun məlumatına əsasən, hazırda dünyada 100-dən çox ölkədə 800 milyondan artıq şagird və tələbə təhsildən kənar qalıb. Bir çox ölkələrdə koronavirus infeksiyası insanların gündəlik həyatına mənfi təsir edib, məktəblər və digər təhsil ocaqları bağlanıb. Bu təsir ölkəmizdən də yan keçməyib. Bu səbəbdən bütün təhsil müəssisələrində təlim və tədris prosesi dayandırılıb.
Hər gün məktəbə getməyə vərdiş etmiş uşaqlarımız hazırda evdədilər. Lakin biz onların təhsildən geri qalmaması, vaxtlarını səmərəli keçirməsi məqsədilə məsafədən tədrisin təşkili ilə bağlı bir addım atdıq. Martın 11-dən etibarən “Mədəniyyət” və “ARB Günəş” kanallarında “Dərs vaxtı” verilişi çərçivəsində teledərslərin yayımına start verildi.
Teledərslər bütün sinifləri və əksər fənləri əhatə etdi. Ümidvaram ki, bizim şagirdlərimiz bu fürsətdən istifadə edərək sinif otaqlarında keçməli olduqları dərsləri ev şəraitində müəllimlərin verdikləri izah və təlimatlara uyğun olaraq yerinə yetirərəcək, tədrisdə yaranan fasilədən sonra sinif otaqlarına hazırlıqlı qayıdacaqlar”.
Nazir qeyd ki, bu işdə valideynlər övladlarına yaxından dəstək olmalı, onların ev şəraitində təhsilə vaxt ayırmalarına şərait yaratmalıdılar. Nazir həmçinin yaxın zamanlarda bütün işlərin öz axarına qayıdacağına, təhsil müəssisələrində dərs prosesinin bərpa olunacağına əminliyini vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prokuror Rüfət Səfərova cəza istədi
17:49 18.05.2026
Ölkə
AzTV əməkdaşları planetin ən aqressiv qəbiləsində - VİDEO
17:09 18.05.2026
Cəmiyyət
Paşinyanı hədələyənlərə qarşı cinayət işi açıldı
17:06 18.05.2026
Gündəm
Azərbaycan dili fənni üzrə imtahanın nəticələri elan olundu
16:23 18.05.2026
Elm və Təhsil
Sərgən Yalçın "Beşiktaş"dan getdi
16:17 18.05.2026
Futbol
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü oldu
15:55 18.05.2026
Gündəm
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya
İran bu şirkətləri hədələdi: İnterneti kəsəcəm!
15:04 18.05.2026
Region
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya