Təhsil sistemində psixoloji xidmətdə problemlər var
Yusif Nəzərli
10:00 04.11.2021
Elm və Təhsil
637
Famil Səfərov: "Onlar üçün məktəblərdə otaq ayrılmır, normal iş üçün şərait yaradılmır və ən başlıcası onlara bir mütəxəssis kimi çox aşağı əməkhaqqı verilir. Məhz bu səbəbdən də bu sahədə səriştəli psixoloqlar işləmək istəmir"
"Son illər dünyada gedən sürətli texnoloji inkişaf həmçinin yeni insan nəsli yetişdirib. Müşahidələr göstərir ki, bu nəsil daha akselrat, daha sürətlidir".
Bu fikirləri "Şərq"ə açıqlamasında məktəb psixoloqu Famil Səfərov deyib. Ekspert qeyd edib ki, həmin şəxslərin ənənəvi, mənəvi dəyərlərə, o cümlədən cinslərarası münasibətlərə baxışları da fərqlidir:
"Odur ki, hazırkı təhsilalanlar üçün fərqli tədris proqramları hazırlanmalı, biliklər də fərqli üsullar və metodlarla, yeni texnologiyalar ilə tədris olunmalıdır. Bütün bunları həyata keçirmək üçün isə təhsil müəssisələrində psixoloji xidmət təhsilin ayrılmaz bir hissəsinə çevrilməlidir. Qeyd edim ki, ümumiyyətlə, bizim təhsilimizdə bununla bağlı ciddi problemlər var. Çünki böyüməkdə olan nəslin cinsi tərbiyəsi və keçid yaşlarında onlarla iş düzgün qurulmayıb. Düzdür, dəfələrlə bu haqda fikirləri ictimaiyyətlə bölüşmüşəm. Hətta Təhsil Nazirliyinə dəfələrlə bu barədə müraciətlər ünvanlanmışam. Amma çox təəssüflər olsun ki, Təhsil Nazirliyi tərəfindən heç bir reaksiya yoxdur. Ümumiyyətlə, məktəb proqramlarına çox yersiz fənlər salınır. Hesab edirəm ki, heç olmasa, fənn daxilində həyat və bacarıqlara əsaslanan biliklər əlavə edilsin. Çünki bu, gələcək nəsil üçün faydalı ola bilər. Bizim təhsilimizdə ən çatışmayan cəhətlərdən biri də budur. Bu gün məktəblərdə şəxsiyyətin formalaşmasında və sosial emosional mühitin öyrənilməsinə dair heç bir tədris proqramı mövcud deyil. Təbii ki, bütün bunların olmaması sonda onların bir şəxsiyyət kimi yetişməsi prosesində, cinsi və dini tərbiyəsinə mənfi təsir göstərir. Bundan başqa, din barədə məlumatlar da şagirdlərə başa salınmalıdır. Bütün bunlar bizim təhsilimizin çatışmayan cəhətləridir".
F.Səfərov diqqətə çatdırıb ki, Azərbaycan təhsili proqramlarında ailə tərbiyəsia ilə bağlı anlayışlar da demək olar ki, yox dərəcədədir:
"Azərbaycanda ailə dəyərləri, ailə institutları barədə məlumatlar şagirdlərimizə aşılanmır. Hər hansısa bir fəndə bunu bölmə kimi vermək olar. Bundan başqa, Azərbaycanda bəlli sayda qeyri-hökumət təşkilatları var. Həmin təşkilatlarla məktəblər birgə fəaliyyət göstərə bilərlər. Yəni həmin təşkilatlar uşaqlara ailə tərbiyəsi, cinsi tərbiyə, uşaqların dünyaya gətirilməsi, düzgün yaşayış tərzi və s. barədə geniş bilgi verə bilərlər. Təbii ki, bu da gənclərimizin cəmiyyətə inteqrasiyasında mühüm rol oynaya bilər. Ümumiyyətlə, bizim təhsilimizdə bir sıra boşluqlar var. Bizdə təlim proqramları da çox sıxdır. Hər hansı bir fənni əlavə etmək, yaxud da ki, fakultətiv dərnək kimi həyata keçirmək çox çətindir. Ona görə də bunu mən deyən formada məktəblərdə etmək daha münasibdir. Yəni cinsi, dini tərbiyə və s. haqqında bilgilər hansısa fənlərə mütləq əlavələr edilməlidir. Əlbəttə, bəlli səbəblər üzündən Azərbaycan təhsilində psixoloji xidmət də günün tələbləri səviyyəsində deyil. Xüsusilə regionlarda əksər hallarda məktəblərdə ya psixoloq olmur, ya da onların peşəkarlıq səviyyəsi çox aşağı olur. Bütün bunların da xeyli obyektiv səbəbləri var. 10 ildən çoxdur ki, TN məktəb psixoloqları üçün heç bir təlim və kurslar təşkil etmir. Onlar üçün məktəblərdə otaq ayrılmır, normal iş üçün şərait yaradılmır və ən başlıcası onlara bir mütəxəssis kimi çox aşağı əməkhaqqı verilir. Məhz bu səbəbdən də bu sahədə səriştəli psixoloqlar işləmək istəmir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Birlikdə idman edən cütlüklər daha xoşbəxtdirlər - Araşdırma
07:17 19.08.2026
Sağlamlıq
Bu həftə bəzi bürclər üçün dönüş nöqtəsi olacaq
06:44 19.08.2026
Cəmiyyət
“Daha 17”nin ulduzları eşq yaşayır?
04:50 19.08.2026
Şou
Gündə beş fincan qəhvə içməyin təəccüblü faydası
04:14 19.08.2026
Sağlamlıq
Bu, Moskva üçün qəbuledilməzdir - Uşakov
02:57 19.08.2026
Region
Bununla müharibə yenidən başlayacaq - Arakçı
01:26 19.08.2026
Aktual
İranla bütün ticarət və maliyyə əməliyyatlarını dayandırıb
01:04 19.08.2026
Aktual
ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu azalda bilər
00:43 19.08.2026
Dünya
İsrail HƏMAS komandirlərinin görüş yerini vurdu
23:42 18.08.2026
Gündəm
Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi
23:03 18.08.2026
Gündəm
Türkiyə İsrailin Suriyaya hücumlarını pislədi
21:57 18.08.2026
Dünya
Vəkil Elşad Məmmədov həbs edilib
21:43 18.08.2026
Hadisə
Türkiyəli deputat keçmiş partiyadaşı tərəfindən bıçaqlanıb
21:30 18.08.2026
Gündəm
İsrail ordusu HƏMAS-ın dörd komandirini öldürdüyünü açıqlayıb
21:03 18.08.2026
Dünya
“Neftçi” serbiyalı futbolçunu transfer etdi
20:50 18.08.2026
Futbol