
Türkiyə-Azərbaycan Universiteti inqilab olacaq -RƏY
Yusif Nəzərli
04:00 22.02.2024
Elm və Təhsil
604
Birgə universitetdə mühəndislik və texnologiya sahələrində savadlı mütəxəssislər hazırlanacaq
Türkiyə-Azərbaycan Universitetinin binası Bakıda olacaq. Bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli media nümayəndələrinə açıqlamasında deyib. Onun sözlərinə görə, burada klassik universitet modelindən söhbət getmir: "Universitetdə birgə tədris prosesi qurulacaq. Birgə tədris prosesi Türkiyə və Azerbaycan müəllimləri tərəfindən aparılacaq. Tədris dili ilk olaraq türk və ingilis dili üzrə olacaq". Nicat Məmmədli növbəti tədris ilindən Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbulu elan ediləcəyini söyləyib. Bildirib ki, əvvəlcə texniki, texnoloji ixtisaslar üzrə qəbul aparılacaq: "Artıq bu yaydan tələbələr ixtisas seçimində Türkiyə- Azərbaycan Universitetini seçə biləcəklər. Türkiyə universitetləri ilə Azərbaycan universitetləri arasında sıx əməkdaşlıq olacaq".
Millət vəkili Sahib "Sherg.az"a Alıyev deyib ki, Türkiyə Prezidenti cənab R.T.Ərdoğan Azərbaycan-Türkiyə Universitetinin yaradılmasını "elm, təhsil və texnologiya sahələrində əlaqələri yeni səviyyəyə qaldıran dönüş nöqtəsi" olaraq dəyərləndirdi. Deputatın sözlərinə görə, deyilənlərdən belə anlaşılır ki, birgə universitetdə başda səhiyyə olmaqla mühəndislik və texnologiya sahələrində savadlı mütəxəssislər hazırlanacaq:

"Xatırlayırsınızsa, fevralın 14-də keçirilən andiçmə mərasimində Azərbaycan Prezidenti ölkəmizdə texnoloji inkişafı təmin edəcək kadrların hazırlığı üzərində ayrıca dayanmışdı. Dövlət başçısı "texnoloji inkişafa nail olmasaq, bir neçə min yox, on minlərlə azərbaycanlı bu işdə olmasa, biz geridə qala bilərik" demişdi. Belə başa düşürəm ki, Azərbaycanda 4-cü sənaye inqilabının ön cərgəsində gedəcək "xüsusi təyinatlı"ların, rəqəmsallaşma, kibertəhlükəsizlik, süni intellekt üzrə mütəxəssislərin hazırlığında da qardaş dövlət bizə öz dəstəyini əsirgəməyəcək. Ola bilsin, həmin kadrların bir hissəsi hərbi sənaye kompleksində çalışacaq. Cənab İlham Əliyev artıq ikinci dəfədir ki, Azərbaycanla Türkiyənin birlikdə hərbi təyinatlı məhsul istehsalını planlaşdırdığını bildirir. Əgər bizim ordularımız "bir yumruq"dursa, bu, təbii ki, özünü hərbi sənaye komplekslərimiz arasında sıx inteqrasiyada da göstərməlidir və göstərəcək. Prezidentimizin "Türkiyənin bir neçə şirkəti ilə ortaq istehsal üzrə danışıqların son mərhələsindəyik" sözləri də bunun təsdiqi sayıla bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bugünkü reallıqlar İlham Əliyevin siyasətinin nəticəsidir - ŞƏRH
23:27 08.08.2026
Gündəm
Zelenski: Putin kütləvi elan edilməmiş səfərbərlik planlaşdırır
22:57 08.08.2026
Dünya
Oğlu açıqladı: Baydenin vəziyyəti ağırlaşdı
22:30 08.08.2026
Dünya
"Məkkə" NATO-nun 5-ci maddəsinə uyğundur - Fidan
22:23 08.08.2026
Dünya
İsti vurması zamanı nə etməli? - Həyat qurtaran vacib qaydalar
21:57 08.08.2026
Sağlamlıq
Kiyevdə partlayışlar baş verdi
21:25 08.08.2026
Dünya
Xocavənd rayonunda mina partlayışı baş verib
20:57 08.08.2026
Hadisə
İlham Əliyev Donald Trampa məktub ünavlayıb
20:42 08.08.2026
Gündəm
Dalğa Putinə qarşı çevrilir: Boğulan adamdan ehtiyat edin
20:19 08.08.2026
Gündəm
Pezeşkian: İran dialoqa hazırdır, lakin güzəştə getməyəcək
20:02 08.08.2026
Gündəm
İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib
19:54 08.08.2026
Gündəm
Prezident İlham Əliyevlə Tramp arasında telefon danışığı olub
19:37 08.08.2026
Gündəm
Onlar regionu tərk etməlidir - Vilayəti
17:48 08.08.2026
Dünya
41 dərəcə isti: Nazirlikdən əhaliyə xəbərdarlıq
17:29 08.08.2026
Ekologiya