Valideynlər, şagirdlər arasında ajiotaj yaranacaq
Yusif Nəzərli
03:20 16.04.2022
Elm və Təhsil
787
"Kütləvi şəkildə məktəbliləri narkotik testdən keçirməklə heç nəyə nail ola bilməyəcəyik"
"Bu məsələ 1-2 nəfərin verdiyi təklif, kimlərinsə keçirdiyi kampaniyalarla həll olunası iş deyil"
Hadisələrin sürətlə cərəyan etdiyi indiki zamanda belə məsələləri başlı-başına buraxmaq olmaz. Əks halda ciddi təhlükə ilə üz-üzə qala bilərik
“Məktəblərdə ümumiyyətlə, aşağı yaşdan başlayaraq narkotiklə bağlı testlər aparılsa, yaxşı olar”. Bu sözləri millət vəkili Naqif Mirzəyev Milli Məclisin dünənki plenar iclasında deyib.
Narkomaniyanın cəmiyyətə, ailələrə vurduğu ziyanın günü-gündən artmasından gileylənən deputat hesab edir ki, boşanmaların, ailədaxili şiddətin, qətllərin çoxu da narkomaniya ilə bağlıdır. Hər nə qədər ölkəmizdə narkomaniya ilə ciddi mübarizə aparılsa da narkomaniya məktəbyaşlı uşaqlar arasında geniş yayılıb: “Narkomaniya artıq cavanlaşaraq 13-14 yaşlı uşaqlara da keçib. Məktəblilər arasında narkotikə meyl edənlər az deyil. Araşdırmalara görə, 8-9-cu sinifdə oxuyan qızlar da narkotik vasitələrin aludəçisinə çevriliblər. Narkomaniya ilə mübarizə günü-gündən güclənməlidir. Təbliğat kampaniyaları aparılmalıdır. Çünki bu gün narkomaniyaya barmaqarası yanaşmaq gələcəyimizin, övladlarımızın məhvi deməkdir. Daha sağlam həyat üçün narkomaniyaya hamılıqla “yox” deməliyik".
Sözügedən təklifi “Şərq”ə şərh edən professor, sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, kütləvi şəkildə məktəbliləri narkotik testdən keçirməklə heç nəyə nail ola bilməyəcəyik. Əksinə valideynlər, şagirdlər arasında ajiotaj yaradacaq:
“Məni təəccübləndirən bilirsiniz nədir? 20-30 ildir problemin həll yollarından danışır, bar-bar bağırıram ki, bu məsələ 1-2 nəfərin verdiyi təklif, kimlərinsə keçirdiyi kampaniyalarla həll olunası iş deyil. Bu bəladan qurtarmaq üçün elmi yollar hazırlanmalıdır. Bu mənada yanaşma bir o qədər də ürəkaçan səviyyədə deyil. Hadisələrin sürətlə cərəyan etdiyi indiki zamanda belə məsələləri başlı-başına buraxmaq olmaz. Əks halda ciddi təhlükə ilə üz-üzə qala bilərik.
Orta məktəblərdə sözügedən problemlə əlaqədar psixoloq, sosioloq və həkimlərlə birlikdə fəaliyyət proqramı hazırlanmalı, narkotikə meyilli uşaqlarla iş aparılmalı, onların valideynləri ilə sıx əlaqələr qurulmalıdır. Yoxsa narkomaniyanı bir göstərişlə, əmrlə qabaqlamaq olmaz. Tutaq ki, deputatın təklifi nəzərə alındı və bundan sonra məktəbliləri narkomaniyaya görə test edib saylarını bildik. Respublikanın ümumtəhsil məktəblərində aparılan narkotestlərin nəticəsinə görə, 0, 7 faiz şagirddə narkotik vasitələrə meyillilik aşkar olundu.
Bəs sonra?! Hansı şagirdin narkotik maddə aludəçisi, hansının meyilli olduğunu bilmək narkomaniyaya qarşı mübarizə üsulu deyil. Kompleks yanaşma ortaya qoyulmalıdır. Məktəblərdə narkotik maddənin zərəri barədə şagirdlər maarifləndirilməli, narkomaniyanın insan üçün gətirdiyi bəlalar təlqin olunmalıdır. Maarifləndirmə elə aparılmalıdır ki, narkomaniyanın mahiyyətini və zərərini anlasınlar.
Onun necə bir şey olduğunu bilmək üçün araşdırma aparmasınlar. Bütün diqqətlərini özlərinin şəxsi inkişaflarına yönəltsinlər.
Məktəblər təhsil sistemini dəyişməlidir. Müəllimlər uşaqları kəşf etməli, hansı şagirdin hansı sahəyə maraqlı olduğunu bilməli, ona özünü təsdiq imkanı yaratmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Seldə itkin düşən Türkmənistan vətəndaşının meyiti tapılıb
15:17 18.10.2026
Hadisə
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə
Fransada etirazlar zamanı 855 nəfər saxlanılıb
11:45 18.10.2026
Dünya
Litvada PUA səbəbindən hava həyəcanı elan edildi
11:39 18.10.2026
Dünya
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
11:34 18.10.2026
İnfrastruktur